Kəramət Böyükçöl: "Heydər Əliyev ayağını hara basıbsa, torpaq orada çiçək açıb".

25, 06, 18
22:23

Kəramət Böyükçöl: "Heydər Əliyev ayağını hara basıbsa, torpaq orada çiçək açıb".

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqqda gənc yazar öz facebook profilində statsu paylaşıb.

Yadıma gəlir, 2013-cü il idi. Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə yazı müsabiqəsi keçirilirdi. Müsabiqəyə 700-dən çox mətn təqdim olunmuşdu. Mən isə müsabiqənin bitməsindən bir gün öncə xəbər tutdum və Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz internet klubda oturub Heydər Əliyev haqda bu məqaləni yazıb müsabiqənin şərtlərində qeyd olunan ünvana göndərdim. Bir müddət sonra mənə zəng gəldi, dedilər ki, sən 700-dən çox müəllif arasında 1-ci yerə layiq görülmüsən. Çox yüksək məbləğdə pul mükafatı da verdilər. Mükafatı mənə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov təqdim etdi. Münsiflər isə yenə də çox yüksək dövlət adamları idi. Yubileydə də çıxış elədim. Təbii, çıxışım da möhtəşəm alqışla qarşılandı. Buyurun, həmin yazını fotolarla birlikdə paylaşıram.

"Mən Heydər Əliyevi ilk dəfə bu cümlə ilə tanımağa başlamışam: “Fəxr edirəm ki, mən azərbaycanlıyam”. Ola bilər ki, uşaq idim, ağlım kəsmirdi deyə bu cümlə əvvəlcə mənə adi bir fikir təsiri bağışlayırdı. Ancaq sonralar, yəni böyüdükcə anladım ki, onun uca səslə dediyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri əslində, min illərdi ruhumuzda donub qalmış milli həqiqətimizi oyatdı, bizi ayağa qaldırdı. Qoca da, cavan da, uşaq da hər zaman, hər yerdə bu cümləni qürurla və gələcəyə böyük inam hiss ilə deyir və bundan sonra azərbaycançılıq, türkçülük, vətənçilik duyğuları bütöv Azərbacanı öz ağuşuna alır. Bu fikirlə bütün Dünya Azərbaycanları bir araya gəlir, onların vahid bir diaspora təşkilatında birləşməyinə zərurət yaranır. Məsələn, uzun illər Amerikada yaşayan və Amerika vətəndaşı olan bir azərbaycanlı Heydər Əliyevin bu sözündən sonra əyilmiş qəddini düzəldir, kimliyini anlayır. Ulu öndərin bu kəlməsi adi bir cümlə deyil, bu, milyonlarla azərbaycanlını öz soykökünə qaytarmaq üçün çox ciddi bir çağırışdır. Bir azərbaycanlının nəsli-nəcabəti əsrlərlə yad ölkələrdə yaşaya bilər, dilini unuda bilər, yerini-yurdunu dəyişə bilər, amma ulu öndərin dilindən çıxan və milli özünüdərki ifadə edən, XX və XXI əsr ictimai fkrinin ən böyük aforizmi olan “Fəxr edirəm ki, mən azərbaycanlyam” kəlməsi və özü də bu sözün XX əsrin siyasət dahisi Heydər Əliyevin dilindən səslənməsi birdən-birə həmin azərbaycanlını Azərbayacana qanadlandırar, ona dilini öyrədər, onu bir anın içində vətənə gətirər və onu vahid Azərbaycan ideyası ətrafında sıx birləşdirə bilər. O, bu sözü məhz vahid azərbaycaçılıq ideyasının formalaşması üçün söyləmişdi. İndi Azərbaycanda bu fikri böyükdən tutmuş ilk dil açan körpəyə qədər hamı əzbər deyir.

Mən həmişə Heydər Əliyevin gəlişini izləmişəm. Məsələn, onun siyasətə gəlişi, hakimiyyətə gəlişi, böyük salonlara gəlişi, xarici ölkələrə və bölgələrə gəlişi özü ilə yenilik, təzəlik gətirirdi. Təyyarədən düşəndə, mərasimlərə, el şənliklərinə qatılanda da həmişə ona xüsusi düqqətlə baxmışam. Onun gəlişindəki ritmi, inamı hamı hiss edirdi. O, ilk dəfə İçərişəhərdə qollarını qaldırıb oynamağı ilə Novruz bayramını dövlət səviyəsinə qaldırdı, ilk dəfə bir qaçqın toyunda qollarını qaldırıb oynadı və bununla qaçqınların ona nə qədər doğma olduğunu, xalq və dövlətin həmrəy olmaq ideyasını adi bir jestlə bütün dünyaya göstərdi və Azərbaycanın bütün sərhədlərini tanıtdı. Bu rəqs Borçalıda, Təbrizdə, Zəmgəzurda, Qərbi Azərbaycanda, Dərbənddə, Qarabağda səsləndi, yatmış ruhlarımızı oyatdı.

Heydər Əliyevin ikinci dəfə hakiməyyətə gəlişi yaxşı yadımızdadır. 1993-cü ildə Bakıda və bölgələrdə özbaşnalıqdan cana doyan xalqımız öz siyasi liderini Bakıya dəvət etmək istəyir. Bəzi qüvvələr bu fikrə qarşı çıxsalar da mümkün olmur. Xocalı faciəsindən sonra Şuşanın düşmənlərə təslim edilməsi xalqın inamını daha da sındırır. Ziyalılar Milli Məclisdə Heydər Əliyevin Bakıya gəlməsini və xalqımızı bu bəladan qurtarmağını ardıcıl şəkildə israr edirlər. Bu ərəfədə bütöv Azərbaycan xalqı ayağa qalxır. Qollarını Naxçıvana - Heydər Əliyevə açır. Artıq xalq bilirdi ki, Azərbaycan yenicə qurmuş müstəqilliyini itirmək ərəfəsindədir. Xalq onu da başa düşürdü ki, onu ancaq bu quyudan Heydər Əliyev siyasəti çıxara bilər.

Əsrlərdən bəllidir ki, Azərbaycan xalqı müdrik xalqdır. Son anda nə etməyi və vəziyyətə uyğun qərar çıxarmağı bilir. Beləliklə, xalq Heydər Əliyevi 1993-cü ildə böyük məhəbbətlə Bakıya çağırdı. O isə ürəkdən sevdiyi xalqın sözünü yerə salmadı. Bakıya gəlib Milli Məclisdə məsələləri kökündən təhlil etdi, böyük təcrübəsi hesabına bütün təzyiqlərə qalib gələrək Azərbaycanın müstəqilliyini qorudu. 

Çox haqlı deyirlər ki, Heydər Əliyev Azərbaycanı yenidən qurub. O, ayağını hara basıbsa, orada torpaq çiçək açıb. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, zavod və fabriklər teatrlar, kitabxanalar, heykəllər... ölkəmizdəki bütün mədəni sərvətlər onun adı ilə sıx bağlıdır.

Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı yeniləşdirdi, təzələdi, onun hər bir sahəsində mədəni inqilab yaratdı. Üçrəngli bayrağımızı Naxçıvanda ilk dəfə salona onun səyi ilə gətirildi. Müstəqillik dövrünün yeni konstitiusyası qəbul edildi, özəlləşdirmə böyük uğurla həyata keçirildi, torpaq sahibkarlara verildi, ilkin olaraq onlara yardımlar göstərildi, neft sənayesi millişdirildi, Azərbaycan ədəbi dili inkişaf etdirildi, milli kadrlarların yetişməsi üçün münbit şərait yaradıldı və onlar dövlət qulluğuna cəlb edildi.

Heydər Əliyev bütün sahələrdə dərin bir irs qoyub getdi. Onun siyasətinin istər ölkədə, istərsə də dünya müstəvisində öz ədəbi, öz əxlaqı var. Onun nitqi, insanpərvərliyi, hərəkət və davranışları unikal idi, bütün siyasətçilərə nümunə idi. O, jurnalistlərlə, şairlərlə alimlərlə, sadə adamlarla, uşaqlarla və dövlət xadimləri ilə öz dilində danışırdı. Çünki o, siyasətin şairi idi.

Heydər Əliyev iqtisadi və siyasi inkişafın köklərini gözəl bilirdi və bu biliyi Azərbaycan siyasətçilərindən əsirgəmirdi. Xalqın ədəbiyyatına yüksək qiymət verirdi. Heydər Əliyev və ədəbiyyat dedikdə göz önünə XX əsrin 50-ci illərindən sonrakı dövrdə və XXI əsrin əvvəllərində ölkəmizdə baş verən ədəbi-bədii, ictimai-siyasi hadisələri gəlir. Bu hadisələrin ilk yaradıcısı və iştirakçısı ulu öndər idi.

Heydər Əliyev bütün təhsil sahələrini, o cümlədən dövlət və dövlətçiliyimizin böyük qan dövranı olan Bakı Dövlət Universitetini çox istəyirdi, orda təhsil almışdı. Universitet onun qayğısı nəticəsində dünyanın ən məşhur universitetlərinin birinə çevrilmişdi. Heydər Əliyev təhsilin və elmin potensiallığını artırmaq, dünyəvi elmlərdən, dünyəvi təhsil sistemindən bəhrələnmək siyasətini həmişə önə çəkirdi. İdamanın inkişafına göstərilən dövlət qayğısı birbaşa onun siyasətinə daxil idi və bu gün Azərbaycan dünya idman arenasında qazandığı uğurlarda Heydər Əliyevin müstəsna xidmətləri vardı.
Heydər Əliyev Azərbaycanda bütün sahələri öz diqqətində saxlayırdı, veteran neftçiləri, müharibə və əmək qəhrəmanlarını daim yoxlayırdı, onları kənarda qalmağa qoymurdu, cəmiyyətin ön sıralarınə çəkirdi. O, heç vaxt ordu quruculuğunu yaddan çıxarmırdı, bu sahə daim onun diqqət mərkəzində dayanırdı. Həmin qayğının nəticəsidir ki, bu gün Azərbaycanın bütün sərhədlərini qoruya biləcək milli ordumuz yaranmışdır.

Hardansa oxumuşam, 1981-ci ildə Heydər Əliyev yazılçıların iclasında “İran Azərbaycanı” sözünü “Cənubu Azərbaycan” sözü ilə əvəz etdi. Sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsdiyi bir zamanda bunu etmək böyük cəsarət tələb edirdi. O, bu sözü ilə xalqın Təbriz yanğısının üstünə elə bil sərin su səpdi.

Bu yerdə yadıma televiziyada seyr etdiyim bir mənzərə düşdü. Heydər Əliyevin kövrələrək Səməd Vurğunun “Azərbaycan” şeirini necə ürəklə deməsi xalqımızın yadından heç bir zaman çıxmayacaq. Doğurdan da, bu şeir Azərbaycanın həm mənəvi, həm də fiziki xəritəsidir. Bu şeirin məhz ulu öndərin dili ilə səslənməsi bir daha dövlətlə ədəbiyyatın daim bir yerdə olduğunu göstərən dəyərli bir faktdır.

Heydər Əliyev İslam dininə, İslam əxlaqına daim diqqət yetirirdi. Demek olar ki, ildə iki-üç dəfə dini etiqad yerlərində olur, məscidləri təmir etdirir, yenilərini tikdirirdi. Bibiheybət məsçidinin əsaslı surətdə yenidən təmir olunması və ətrafının daha da genişlənməsi birbaşa onun tapşırığının nəticəsi idi. Heydər Əliyev milli adət-ənənlər böyük sevgi ilə yanaşırdı. Ona görə də həmişə qalib gəlirdi və xalq tərəfindən böyk məhəbbətlə sevilirdi. Xalqın dilini ən incə dərinliklərinə qədər bilmək, siyasəti qəlizlikdən, mücərrədlikdən çıxararaq xalqın düşüncə tərzinə və təfəkkürünə yaxınlaşdırmaq, nitq və çıxışlarında simvollardan, ədəbi-bədii obrazlardan istifadə etmək onun böyük istedadının əsas tərəfləri idi. Dedim axı, o, siyasətin ən böyük şairi idi.
Ulu öndər müdrik adam idi. Oğlu, cənab prezident İlham Əliyev və büyük bir siyasətçi ordusu onun məktəbimdən dərs almışdı. İlham Əliyev gecə də, gündüz də onun yanında idi. Hər zaman ondan öyrənirdi. Yaxşı yadımdadır ki, bir dəfə İlham Əliyev televiziyadakı çıxışlarının birində dedi ki, hər hansı çətin bir məsələ ilə üz-üzə qalanda fikirləşirəm ki, atam burada nə edərdi, hansı addımı atardı. Azərbaycan tarixində iki dövlət başçısının atasının adı Heydər idi. Şah İsmayıl Xətai və İlham Əliyev. Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirib ilk dəfə mərkəzləşdirilmiş dövlət yaratmışdı. Burada mütləq mistik bir məna vardır və mən məhz bu amili nəzərə alaraq İlham Əliyevin rəhbərliyi ilə gələcəyimizə böyük ümidlər bəsləyirəm.

Heydər Əliyevin güclü xarakterini xalqımızın döyüşkən ruhunda, bir sözlə, xalqın genetik kodlarında axtarmaq lazımdı. Çox maraqlı, özü də dəqiq bir atalar sözü var: “Ot kökü üstə bitər”. Bu misal fikirlərimizə əyani sübutdur. Ulu öndərin həyat və fəaliyətini, apardılğı daxili və xarici siyasətini, xüsusilə, iqtisadi, aqrar, ədəbiyyat və mədəniyyət, mili kökə bağlılıq, islama, türkçülüyə sədaqət, xalqla birlik, dövləti və dövlətçiliyi qorumaq və inkişaf etdirmək, Qarabağ məsələsində dönməz iradə, dilə və klassik irsə məhəbbət hisslərini və neft strategiyasında Azərbaycan xalıqının mənafeyini qorumaq prinsipləri bu gün xalqımızın əxlaq yaddaşı və mənəvi sərvəti kimi dəyərləndirə bilər. Onun gücü dərin savada, yüksək siyasi iradəyə, əqidəyə, öz xalqına dərin tellərlə bağlı olmasından irəli gəlirdi.

Bu gün 90 illiyini təntənə ilə qeyd etdiyimiz xalqımızın ləyqətli oğlu Heydər Əliyev bütün həyatı boyu insanlığı sevmiş, sülhü, əmin-əmanlığı qoruyub dünya siyasətinin klassikləri arasında öz layiqli yerini tutmuşdu. O, böyük azərbaycanlı idi və həmişə fəxrlə dediyi bir söz dünya azərbaycanlarının, eləcə də mənim uşaq yaddaşında həmişə qalacaq: “Fəxr edirəm ki, mən azərbaycanlıyam”.












Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın