sitename

Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)


Astara rayon İcra Hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş 1954-cü il təvəllüdlü Xanəhməd Zahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xanəhməd  Zahirov 20 aprel 2009-cu il tarixdən Astara rayon icra hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib.

O, öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2013-cü ilin oktyabr ayında həmin kənd sakini Mühiddin Zahirovun atası Nurulla Zahirovun uzun müddət istifadəsində olmuş, atası uzun müddət əvvəl öldüyünə görə ondan qalmış həmin kənddə yerləşən torpaq sahəsinin 0,06 hektarının həyətyanı torpaq sahəsi kimi onun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar qeyd edilən məsələni özünün həll edəcəyini yalandan bildirib.

Xanəhməd Zahirov həmin adla 2013-cü ilin noyabr ayında Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kəndi üzrə nümayəndəliyinin həmin kənddə yerləşən inzibati binasında Mühiddin Zahirovdan 2.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.560 manat məbləğində pul vəsaitini alıb.

O, görəcəyi işə inandırmaq üçün vəzifəli şəxs kimi istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Astara rayon torpaq şöbəsinə aid möhürlə təsdiqlənməsi görüntüsü yaradan 18 may 1996-cı il tarixli aktın məzmununa tamah niyyətilə Mühiddin Zahirovun ayrıca təsərrüfata və ev tikməsinə ehtiyacının olması ilə əlaqədar Astara rayonu Siyəkü çayçılıq sovxozunun ərazisindən 0,06 hektar torpaq sahəsinin Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 02 saylı qərarı ilə ona verilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edib.

Xanəhməd Zahiroov aktda olan “X.Zahirov” qrafasının qarşısında özü şəxsən imzalayıb, “1.V.Qasımov” və “3.Ə.Həmzəyev” qrafalarının qarşısındakı imzaları isə qəsdən fərqli imzalar çəkib.

Həmin aktı istintaqa məlum olmayan şəraitdə əldə etdiyi Dövlət Torpaq Komitəsinin Astara rayon torpaq şöbəsinə aid olması görüntüsü yaradan mərkəzində keçmiş SSRİ-nin gerbi, kənarında isə latın qrafikalı Azərbaycan əlifbası ilə “Azərbaycan Respublikası Dövlət torpaq komitəsi Astara rayon torpaq şöbəsi” yazıları olan saxta möhürlə birbaşa relyef klişe ilə möhürləməklə və Mühiddin Zahirova da imzaladıb.

Xanəhməd Zahorov Mühiddin Zahirovdan aldığı qeyd edilən məbləğdə pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa, Xanəhməd Zahirov həmin vəzifədə işləyərkən, 2017-ci ilin may ayında həmin rayonu Marzasəy kəndində yaşayan tanışı Ziyad Cabbarovun həmin kənddə faktiki istifadə etdiyi 0,06 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsinə dair ona müraciəti ilə əlaqədar Ziyad Cabbarova özünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin rəhbər vəzifəli şəxsi ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası iləəlaqədar Ziyad Cabbarovun xeyrinə edəcəyi hərəkətə görə 400 manat məbləğində pul verilməsi müqabilində ona həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı ala biləcəyini bildirib.

Xanəhməd Zahirov həmin adla 2017-ci ilin may ayında Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kəndi icra nümayəndəliyinin həmin kənddə yerləşən inzibati binasında Ziyad Cabbarovdan 400 manat məbləğində pulu alıb, inandırmaq üçün vəzifəli şəxs kimi istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin möhürü ilə təsdiq edilməsi görüntüsü yaradan 0,06 hektar torpaq sahəsinin koordinatları və yerləşmə ərazisini özündə əks etdirən tarixsiz və nömrəsiz həyətyanı torpaq sahəsinin cizgi-planını istintaqa məlum olmayan şəraitdə kompyuterə quraşdırılmış skayner qurğusu vasitəsilə kompyuterin yaddaşına köçürülməklə mətnində olan yazıların silindikdən sonra çap qurğusu (printer) vasitəsilə surətinin kağız daşıyıcı üzərində çıxarılıb, mətninə istintaqla müəyyən edilməyən şəxsə guya Astara rayon Marzasəy kənd sakini Cabbarov Ziyad Cavad oğlu üçün alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinin çay və yolun əhatəsində 0,06 ha sahədə yerləşməsinə dair yazı mətni və qrafik xətlər çəkdirməklə bilə-bilə yalan məlumatlar daxil edib.

Xanəhməd Zahirov həmin planda olan “Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri: E.Quliyev” və “Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin mütəxəssisi: T.Nəhmətov” qrafalarının qarşısında qəsdən fərqli imzalar çəkib, həmin planı qəsdən Ziyad Cabbarova da imzaladıb ona təqdim etməklə, vəzifəli şəxs kimi rəsmi sənədə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib, təkrarən vəzifə saxtakarlığı edib.

Xanəhməd Zahirovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 32.4, 312.1-ci (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrik etməklə r4üşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Astara rayon Məhkəməsinin hökmü ilə Xanəhməd Zahirovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona cəza təyin olunmayıb. Buna səbəb isə həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi əsas götürülüb.

Digər maddələr üzrə isə təqsirli bilinən Xanəhməd Zahirov 2 min manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Xanəhəməd Zahirovun cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, prokurorun protesti təmin olunub və Astara rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Xanəhməd Zahirovun barəsində olan cərimə 5100 manata qədər artırılıb.

Fariz Məlikli

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 566
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 342
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 029
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 975
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar