Jurnalist Adil Əliyevdən yazdı: Ən ağır gündə xalqın yanında oldu

01, 05, 20
10:22

Jurnalist Adil Əliyevdən yazdı: Ən ağır gündə xalqın yanında oldu



Araşdırmaları ilə bir neçə məmurun hədəfinə çevrilmiş tanınmış araşdırmaçı jurnalist Dosye.org xəbər saytının baş redaktoru Elman Nigaran Milli Məclisin vitse-spikeri Adil Əliyev haqqında öz bloqunda təqdirə layiq araşdırma yazıb. Sözü gedən araşdırmanı Azerbaycanrealligi.com olaraq oxucularımıza təqdim edirik.

Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdən sonra Milli Məclis yeni ab-hava ilə xalqın diqqətini cəlb etdi.

Əlbətdə ki, xalq son seçkidə bir daha səsini layiqli namizədlərinə verməklə, gələcəyə olan inamı artırdı. Bitərəf namizədlər arasında isə ən real və xaqlın sevimlisinə çevrilən Adil Əliyevi qeyd etməmək haqsızlıq olardı.

Altıncı çağırış parlamentin keçirilən ilk iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə isə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimlinin və bitərəf deputatlar tərəfindən Adil Əliyevin namizədliyi irəli sürülmüş və səs çoxluğu ilə qəbul edilmişdir. Müxtəlif vəzifələrdə çalışan A. Əliyev hər zaman dövlətinə sadiq və göstərilən etimadı yüksək səviyyədə doğrulduğu onu tanıyan hər kəsə məlumdur.

Hələ o zamanlar Daxili İşlər Orqanlarında xidmət etmək, cinayətkarlığa qarşı mübarizə aparmaq sözün həqiqi mənasında əsl qəhrəmanlıq idi. Məhz o ilər ərzində qəhrəmanlıq göstərən polislərimiz hər zaman xalqın sevimlisinə çevrilib və eyni zamanda hazırda qanun keşiyində duran hər bir polis əməkdaşlarına nümünədir. Millət vəkili Adil Əliyev azərbaycanlığını üstün tutaraq idmançılarımıza da mənəvi və maddi dəstək göstərmişdir. Vitse-spiker Adil Əliyev haqqında danışmaq nə qədər şərəfdirsə , bir o qədər məsüliyyətli işdir.

Dünyanı bürüyən karonavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bu bəlanın qarşısını almaq üçün dövlət başçısı zamanında qəti addımlar atdı və ölkədə xüsusi karantin rejimi elan edildi. Prezident cənab İlham Əliyevin hümanist addımına sahibkarların da qoşulduğu gözlənilən idi. Bütün bunlara baxmayaraq Millət vəkili Adil Əliyev ən ağır gündə vətəndaşların yanında oldu, neçə-neçə ailələrə maddi yardım göstərdi.

Vətənpərvərliyi ilə xalqın sevimlisinə çevrilən A. Əliyev, bu gün də aztəminatlı ailələrlə yaxından maraqlanır, onlara ərzaq və maddi dəstək göstərir. Bunları qeyd etməkdə məqsəd vitse-spikeri tanıtmaq deyil, əksinə digər məmurların diqqətini xalqa cəlb etməkdir. Təbii ki, ölkəmizdə karonavirus pandemiyasının qarşısı bütün hallarda səhiyyə işçilərimizin fədakarlığı sahəsində alınır. Onlara dəstək olan polislərimizin də xidməti heç zaman unudulmayacaq.

Belə bir deyim də var ki, harda işləyirsən işlə, işdən gedəndə elə bir iz qoymalısan ki, səni yaxşılığa doğru ansınlar, əməlinə qiymət versinlər. Dəyərli vitse-spiker Adil Əliyev belələrindəndir. Arzu edək ki, hörmətli deputatımızın uğurları Müstəqil Azərbaycanımızın uğru olsun.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın