Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

26, 04, 20
12:02

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi


Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. 

Azerbaycanrealligi.com xəbər verir ki, bununla bağlı paylaşım Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində edilib.

Təbrikdə aşağıdakılar qeyd olunub:

"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın