Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı

25, 04, 20
13:51

Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı


Bu gün Ramazan ayının ilk günüdür.

Azerbaycanrealligi.com məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də imsak vaxtı saat 04:10-da, iftar vaxtı isə 19:44-dədir. 

Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!”.

Tərcüməsi:“İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündür namaz qılanların namazından hesa et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!".

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, sən duaları
eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!". 

Allah orucunuzu qəbul etsin!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın