Türkiyədə taksi sürücüsü Fəzail Ağamalının pullarını oğurladı - FOTO

05, 04, 20
18:26

Türkiyədə taksi sürücüsü Fəzail Ağamalının pullarını oğurladı - FOTO


Millət vəkili Fəzail Ağamalı Türkiyəyədə olarkən qızı və nəvəsi ilə birgə mindiyi taksidə sürücü onun 2 min lirəsini oğurlayıb. 

Azerbaycanrealligi.com  "Sabah.com.tr"yə istinadən xəbər verir ki, Fəzail Ağamalı İstanbulda otelə getmək üçün qızı və nəvəsi ilə birgə taksiyə minib. Taksi sürücüsünün ödənişi nəğd tələb etməsi səbəbi ilə pul qabını çıxaran deputat bir müddət sonra sürücüdən şübhələnərək taksidən enib. Pul qabını yoxlayan zaman bütün pullarının oğurlandığını bilən deputat polisə gedərək taksi sürücüsündən şikayətçi olub.

Millət vəkili polisə verdiyi ifadədə axşam saatlarında Çağlayan Ədliyyəsinin qarşısından qızı və nəvəsi ilə birlikdə Beşiktaşa getmək üçün taksiyə mindiklərini bildirib. Fəzail Ağamalı ifadəsinin davamında hadisəni təfərrüatları ilə danışıb: "Taksi sürücüsü maşın hərəkət etməmiş məndən 25 lirə tələb etdi. Tıxac səbəbi ilə başqa taksı tapa bilməyəcəyimizdən narahat olub pul qabını çıxararaq istədiyi ödənişi etmək istərkən sürücü əlimdə tutduğum bütün pulları aldı. Niyə aldığını soruşanda 25 lirə götürəcəyini dedi. Mən pullarımı onun əlindən dərhal aldım. Ancaq bir müddət sonra şübhələndim və Beşiktaşa çatmamış taksidən endik”.

Fəzail Ağamalı əlavə edib ki. taksidən enən zaman pul qabını yoxlayıb və içindən 2 min lirənin götürüldüyünü görüb.
Şikayət səbəbi ilə tutulan taksi sürücüsü Selami T. ifadəsi alınandan sonra növbətçi Sülh Cəza Məhkəməsi tərəfindən tutularaq həbsxanaya göndərilib.

Depuatın şikayətindən sonra İstanbul Cumhuriyət Məhkəməsi taksi sürücüsü Selami T. haqqında istintaq başladıb. İstintaq zamanı sürücü Fəzail Ağamalının Beşiktaşa getmək üçün 25 lirə təklif etdiyini, bu pula Beşiktaşa gedilməyəcəyini dediyi zaman taksidən düşdüyünü bildirib. O, bir müddət sona sağ, ön oturacağın altına bir miqdar pul gördüyünü və bu pulu deputata qaytardığını əlavə edib. Sürücü oğurluq etmədiyini bildirib.
Qeyd edək ki, 10 il həbsi istənilən taksi sürücüsünün bu günlərdə İstanbul Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxarılacağı gözlənilir.


Azerbaycanrealligi.com  

Bizimlə əlaqə saxlayın