Oqtay Şirəliyevdən xəbər var

23, 03, 20
11:35

Oqtay Şirəliyevdən xəbər var

Oqtay Şirəliyevdən xəbər var
Dünyanı bürümüş koronavirusu Azərbaycanda da öz fəsadlarını göstərir. Bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahdan yaranmış vəziyyətə dair açıqlamalar olsa da ölkənin səhiyyə nazirindən xəbər yoxdur. Belə ki, sosial şəbəkələrdə bununla bağlı haqlı sual ünvanlayan vətəndaşlar Oqtay Şirəliyevin görünməməsini tənqid edir, başqa ölkələrin nazirlərinin fəaliyyətini nümunə kimi göstərirlər? Bəs görəsən, Azərbaycanın səhiyyə naziri haradadır və nə işlə məşğuldur?

Azerbaycanrealligi.com Gununsesiaz.info-a istinadən məlumatına görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva bildirib ki, Oqtay Şirəliyev hər gün işə çıxır:

"Cənab nazirimiz hər gün işə çıxır. Mövcud vəziyyətə görə gərgin iş rejimində çalışır. Özünün media qarşısına çıxmamasına gəlincə, sizin bu fikrinizi ona çatdıraram”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın