sitename

Blogger Dəyanət Babayev Mübariz Məsimov haqqda yazdı: Fikrinizə xain düşüncələri gətirməyin!



Bir çox dostlar mənə sual verir ki, sayt və səhifəndə Mübariz Mənsimovu müdafiə edirsən, sənə nə kömək edirlər və s...

Dostlar, məni tanıyanlar bilir ki, mən kiməsə hansısa köməkliyi təmənnalı və yaxud maddiyat üzərindən etməmişəm! Sadəcə mənim rəhbəri olduğum Azerbaycanrealligi.com saytında və "Azərbaycan Reallığı" facebook və instagram səhifələrində köməyə ehtiyacı olan, sosial durumu ağır olan bir çox Qarabağ qaziləri və şəhid ailələrinin problemini ictimailəşdirəndə çox vaxt köməyə Mübariz Mənsimov çatıb. Bunu da onun özündən yox, şəxsən köməyə ehtiyacı olan şəxslərdən eşitmişəm. Bir neçə ay bundan əvvəl Mübariz bəyin Socar və onun rəhbəri Rövnəq Abdullayev haqqında yazdığı sərt ittihamları saytımızda dərc etmişdik. Bununla bağlı sayt və səhifəyə dəfələrlə hücum olunub, dağıdılıb, qismən də maddi ziyan dəyib, iş fəaliyyətimizdə zərbəyə məruz qalmışıq. Lakin biz insaniyyətə həmişə önəm verib əlimizdən gələn köməkliyi etmişik. Bizim Mübariz bəylə hər hansı yaxınlıq və ya uzaqlıq əlaqəmiz olsaydı, bunu heç vaxt danmazdıq.

Əksinə, Mübariz bəy Türkiyədə hər hansı tədbir keçirəndə ora medianın anasını ağlar qoyan Əli Həsənovu və hökumətə yaxın olan ikibaşlı sayt baş redaktorlarını dəvət edib, hansı ki, indi onun arxasından qaçıb, hətta bəziləri onun əleyhinə olan yazıları bəh-bəhlə tirajlayırlar. Xəstələr var ki, Mübariz bəy onların müalicəsi üçün on minlərlə pul xərcləyib, hansı ki, bu gün onlar da ortada yoxdu, gizləniblər. Bayraqdar Elman Türkoğlunun müalicəsi üçün 1000 manata yaxın pul xərcləyib, lakin bu gün Elman bəyin 60-dan artıq yaşı olmasına baxmayaraq, yaxşılığı itirmir, onu meydanda, sosial şəbəkələrdə durmadan müdafiə edir. Yəni, deməyim odur ki, xoflu olmayın, xain olmayın, kimsə kimisə müdafiə edirsə, fikrinizə xain düşüncələri gətirməyin!

Allah Mübariz Mənsimovun qapısını açsın! Bundan sonra da əlimizdən nə kömək gəlirsə, etməyə hazırıq!

 Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 452
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 191
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 854
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 849
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar