Mübariz Mənsimovun meneceri də həbs olundu

16, 03, 20
12:05

Mübariz Mənsimovun meneceri də həbs olundu


həmçinin FETÖ-yə bağlı olması səbəbi ilə Rusiya hökuməti tərəfindən bağlanan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətində olduğu müəyyən edilib.

Onun FETÖ-nün Rusiya imamı olan və haqqında həbs qərarı çıxarılan “Saffet” kod adlı Ahmet Hamdi Vuralla əlaqəsi olduğu, Vuralın Mənsimovun şirkətinə mütəmadi olaraq gəldiyi, Vuralın şirkətə gəlməsi ilə siqnal əngəlləyicisi olan Jammer cihazından istifadə etməsi bəlli olub. Həmçinin, Mənsimov və Ahmet Hamdi Vuralın birlikdə səyahətlər etdiyi də üzə çıxıb.

Bundan başqa haqqında həbs olunma qərarı çıxarılan digər FETÖ-cü Muammer İhsan Kalkavanın da Palmalini tez-tez ziyarət etdiyi, hətta şirkətin ortağı kimi münasibət göstərildiyi xəbərdə qeyd edilir.

İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovla birgə hərəkət etdiyi bəlli olub və onun haqqında da həbs qərarı verilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın