Prezident gənc icra başçısından özündən böyüyə yer verməsini istəyib - VİDEO

05, 03, 20
21:08

Prezident gənc icra başçısından özündən böyüyə yer verməsini istəyib - VİDEO


Prezident İlham Əliyev növbəti dəfə nümunə ola biləcək addım atıb.

Azerbaycanrealligi.com xəbər verir ki, APA-nın məlumatına görə, dövlət başçısı bu gün Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən daha gənc olan M. Seyidovdan özündən böyüyə yer verməsini istəyib.

Qeyd edək ki, Mirhəsən Seyidovun 30, Nahid Bağırovun 40 yaşı var.

Bu fakt bir daha göstərir ki, xalqımıza xas mənəvi keyfiyyətlərin qorunması hər kəs üçün vacib missiya olmalıdır. Prezident İlham Əliyevin bu dəyəri gündəmə gətirməsi və daim diqqətdə saxlaması özündə bir çox amilləri ehtiva edir: ənənəvi dəyərlərə sadiqlik, böyüyə hörmət və sadəlik.
Ölkə başçısı bütün tədbirlərdə, keçirdiyi görüşlərdə böyüklərə, ağbirçəklərə bəslədiyi hörmətlə daim nümunə göstərib. Prezidentin istər şəhid ailələri ilə görüşündə, istərsə də bölgələrə səfəri zamanı yaşlı insanlarla səmimi söhbətləri, onları qayğılandıran məsələlərlə bağlı həssas yanaşması deyilənlərin təsdiqidir.

Sözügedən məqamı özündə əks etdirən süjet AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın