Prezident Mirhəsən Seyidovu Neftçalanın icra başçısı təyin etdi – 1989-cu ildir

05, 03, 20
15:02

Prezident Mirhəsən Seyidovu Neftçalanın icra başçısı təyin etdi – 1989-cu ildir


Mirhəsən Mirheydər

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azerbaycanrealligi.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

1989-cu il təvəllüd Mirhəsən Seyidov Azərbaycan Universitetində “Vergi və vergitutma” ixtisası üzrə bakalavr, Dövlət İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisası üzrə magistr təhsili alıb. İctimai fəaliyyətə könüllü kimi Gənclər Təşkilatları Milli Şurasında başlayıb. 15-dən artıq yerli və beynəlxalq layihənin rəhbəri və işçi qrupunun üzvü, Azərbaycanda keçirilmiş Eurovision Musiqi yarışının könüllülərlə iş üzrə koordinatorlarından biri olub. Türkiyə, Gürcüstan, Finlandiya, Almaniya, Rusiya, Sloveniya, Ukrayna, Macarıstan və Belçikada keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. 2012-2015-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədr müavini olub. “İRƏLİ” İctimai Birliyinin sədridir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın