İstanbulda sərnişin təyyarəsi qəzaya uğradı - FOTO və VİDEO

05, 02, 20
22:08

İstanbulda sərnişin təyyarəsi qəzaya uğradı - FOTO və VİDEO

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər

təyyarədən təxliyə edilib.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın