Əbülfəz Elçibəyin qardaşı oğlunun rəhbərlik etdiyi Bəyaz Hərəkatı parlament seçkilərində iştirak edəcək

23, 12, 19
16:44

Əbülfəz Elçibəyin qardaşı oğlunun rəhbərlik etdiyi Bəyaz Hərəkatı parlament seçkilərində iştirak edəcək


Azerbaycanrealligi.com xəbər verir ki, Bəyaz Hərəkat Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azadlığının reallaşmasının, Böyük Azərbaycan dövlətinin və Turan Birliyinin yaranması yolunda mücadələ aparan gənclərin, aydınların qazilərin və bəyan olunan dəyərləri özünə amal seçən insanların birləşdiyi hərəkatıdır. 

2 illik müddətdə ərzində göstərdiyi fəaliyyətlə milli mücadilənin əsas öncüllərindən olan Hərəkat seçki təbliğatına qısa zaman ayrılmasına baxmayaraq bütün fikir, ideya, məram, məqsəd və hədəflərimizi fərdi, kollektiv görüşlər və digər təbliğat vasitələri ilə millətimizə çatdıraraq üçün 9 fevral Milli Məcilisə seçkilərdə iştirak edəcək. 

İmkanlarından yararlanmaqla yüksək rəqabətli dairələrdən qələbəmizə əminliyimizi ifadə edirik.
Bəyaz Hərəkat hər hansı bir seçim dönəmini özünün ali məqsədəçatma vasitəsi hesab etməyərək bəyan edir:

1. Bəyaz Hərəkat İdarə Heyəti üzvlərinin seçmək və seçilmək haqqına və hüququna hörmət edir. BH idarə heyətinin qərar və tövsiyyələrini, təşkilatımızın gücünü və əhatə dairəsini nəzərə almaqla aşağıda adları çəkilən şəhər və rayonlardan öz namizədlərini irəli sürür:

Abşeron rayonu - 45 saylı seçki dairəsi

Binəqədi rayonu – 10 saylı seçki dairəsi   
Xətai rayonu - 33 saylı seçki dairəsi  

Xəzər rayonu – 14 saylı seçki dairəsi   

Qaradağ rayonu - 11 saylı seçki dairəsi   
Nərimanov rayonu – 18 saylı seçki dairəsi  

Nəsimi rayonu – 22 saylı seçki dairəsi 

Səbayıl rayonu - 29 saylı seçki dairəsi 

Sabuncu rayonu - 27 saylı seçki dairəsi 10.   

Suraxan rayonu - 31 saylı seçki dairəsi

Yasamal rayonu - 15 saylı seçki dairəsi1   
Sumqayıt şəhəri – 44 saylı seçki dairəsi 

Gəncə şəhəri – 39 saylı seçki dairəsi  

Cəlilabad rayonu - 67 saylı seçki dairəsi   
Laçın rayonu - 121 saylı seçki dairəsi  

Gədəbəy rayonu – 104 saylı seçki dairəsi  

Neftçala rayonu - 61 saylı seçki dairəsi

Salyan rayonu - 60 Saylı seçki dairəsi 

2. Yaşından, siyasi mənsubiyyətindən asılı olmayaraq;

2.1 Ərazi bütövlüyümüzün bərpası, Qarabağın azad edilməsi yolunda milli maraqlarımıza zidd olan, hər hansı bir güzəştə şərait yaradan qərarların müzakirəsini və qəbulunu rədd edən, Azərbaycan sərhədlərini qoruyacaq bir ordu varsa onun öz silahlı qüvvələridir deyən;

2.2 Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli-mənəvi hüquqlarını daim müdafiə edərək Böyük Azərbaycan ideya və mübarizəsini fikirdə, sözdə və əməldə yaşadan;

2.3 Türk dünyasının və Türk dövlətlərinin maraqlarını dünyanın ali kürsülərində müdafiə edən 
hər bir vətəndaşımızı dəstəkləyir, onlara uğurlar arzulayırıq.

Qeyd: Parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı mətbuaat konfransında açıqlanacaq.

- Bəyaz Hərəkat İnformasiya Mərkəzik

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın