Baş həkim Elman Bilalov əlil uşağın ailəsindən 3000 min manat rüşvət istəyir - Əlilik kağızı vermək üçün...

01, 10, 19
11:59

Baş həkim Elman Bilalov əlil uşağın ailəsindən 3000 min manat rüşvət istəyir - Əlilik kağızı vermək üçün...


Göyçay rayon uşaq Poliklinikasının baş həkimi Elman Bilalov anadan gəlmə şikəst olan Məhərrəmov Vaqifə əlilik kağızı vermək üçün rüşvət tələb edir...

Valideynlər isə imkansız olduqlarını və tələb olunan 3000 min manatı verə bilmədiklərini bildirirlər.

Azərbaycan əlil olduğun halda əlilliyini sübut edə bilməyən və əksinə, əlil olmadıqları halda minlərlə “əlilə” sahib olan ölkədir. Bu hüç kimə sirr deyil. Amma bəzən əlilliyin təmin edildiyi zaman həkimlər lap “ağını” çıxarırlar və bu da Azərbaycan səhiyyəsinin nə qədər çürümüş olmasının birbaşa dəlili olaraq dəyərləndirilməlidir.

Azerbaycanrealligi.com xəbər verir ki, Göyçay rayonu Bığır kənd sakini, hazırda Göyçay şəhəri Səyyaf Xəlilov küçəsi döngə 1 ev 3 də kirayədə yaşayan Məhərrəmova Günay Rafiq qızı tərəfindən PİA.az-a müraciət ünvanlayıb. Həkim özbaşınalığından şikayət edən vətəndaş Günay Məhərrəmovanın məktubunu olduğu kimi təqdim edirik:

“Mənim 9 yaşlı övladım Məhərrəmov Vaqif Elşən oğlu anadan gəlmə şikəstir. Doğuş zamanı həkim səhlənkarlığı nəticəsində boynu çıxmışdır. Onda qavrama, dərk etmə funksiyasının geriliyi, hər iki əllərinin hərəkətləri məhduddur, tam danışa bilmir. Buna görə xəstə övladımı Bakı şəhərində uzun müddət müayinə və müalicə etdirsək də ancaq sağalmır. 9 yaşlı xəstə Vaqifin qolları işləmir o bir əli ilə çay içəndə yemək yeyəndə o biri əli ilə dəstək verir.3-cü sinifdə oxuyur əlləri işləmədiyi üçün çantasını məktəbə mən aparıram, paltarını mən geyindirirəm.
Danışığında, qavramasında gerilik varBakı şəhərində Uşaq Nevroloji Xəstəxanasında həkim Aygün Məstanova bizə bildirdi ki, bu xəstəliyə görə övladınıza əlillik təyin dərəcəsi təyin edilməlidir.

Biz buna görə Göyçay rayon uşaq Poliklinikasının baş həkimi Elman Bilalova müraciət etdik də o bizdən 3000 manat pul istədi. Bizim isə maddi imkanımız yoxdur. Həyat yoldaşım işinə görə Göyçay şəhərində kirayədə yaşamağa məcburuq. Həyat yoldaşımın maaşı kirayə puluna və yeməyimizə güclə çatır. Xəstə uşağımızın davamlı müalicəsini maddi imkansızlığıa görə təmin edə bilmirik. Çox acınacaqlı vəziyyətdə yaşayırıq.

Elman Bilalov Göyçay rayon Uşaq Poliklinikasını açıq bazara döndərib. Şəxsən insanlar tanıyıram ki, tam sağlam olsalar da onlar Elman Bilalova pul verib əlilik dərəcəsi ala biliblər. Elman Bilalova istədiyi pulu verə bilmədiyimiz üçün o qəddarcasına xəstə uşağımızın xəstəlik sənədlərini Tibbi Sosial Ekspert Komissiyasına qəsdən natamam göndərmişdi. Buna görə də Tibbi Sosial Ekspert Komissiyası əlilik dərəcəsi təyin olunmasından imtina edib. Mən bu qanunsuzluq barədə mərkəzi aidiyyatı orqanlara çoxlu sayda şikayət ərizələri ilə müraciətlər etsəm də heç bir tədbir görülməyib. Bu qanunsuzluq və Allahsızlıqdır və bu Allahsızlığı Göyçay rayon Uşaq Polikilinikasının baş həkimi Elman Bilalov törədib.

Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edirəm. Hörmətli Mehriban xanım mənim 9 yaşlı övladım Vaqif şikəst doğulub buna görə ona əlillik dərəcəsi təyin olunmalıdır. Göyçay rayon Uşaq Poliklinikasının baş həkimi Elman Bilalov bizdən 3000 manat pul istədi verə bilmədik, deyə qəsdən sənədləri natamam göndərdi. Bu açıq- aşkar cinayət əməlidir və bu cinayəti Elman həkim törədib.
Sizdən xahiş edirəm bizə kömək edin! Qanunu qaydada xəstə uşağımızıa əlilik dərəcəsi təyin edilsin və rüşvətə görə saxtakarlıq edən Göyçay rayon Uşaq Poliklinikasının baş həkimi Elman Bilalovun barəsində tədbir görülsün”

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın