Mingəçevir polisindən təqdirəlayiq addım — FOTOLAR

16, 09, 19
08:24

Mingəçevir polisindən təqdirəlayiq addım — FOTOLAR

Mingəçevirdə aztəminatlı ailələrin övladlarına məktəbli hədiyyələri verilib

Azerbaycanrealligi.com xəbər verir ki, Mingəçevirdə polis əməkdaşları aztəminatlı ailələrə yardım məqsədi ilə onların övladlarına məktəbli ləvazimatları hədiyyə ediblər. 10 ailənin uşaqlarına məktəbə aid olan bütün əşyalarla birgə bağlamalar ailələrin yaşadıqları ünvanlarda onlara təqdim olunub. Bu addımı alqışlayan aztəminatlı ailə olan Pərvanə Usubova bildirib ki, “5 övladım var. Onlardan üçü məktəbə gedir. Hələ uşaqlara məktəbli ləvazimatı almamışdıq. Bu yardım sanki bizim kimi ailələr üçün böyük bir sürpiriz oldu. Bu yardıma görə polis əməkdaşlarına , Mingəçevir Şəhər Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın