Baş redaktor Əli Həsənova müraciət etdi: "Məni qəbul edin. Mənim bir liderim var. O da Cənab prezident İlham Əliyevdir!"

02, 09, 19
08:29

Baş redaktor Əli Həsənova müraciət etdi: "Məni qəbul edin. Mənim bir liderim var. O da Cənab prezident İlham Əliyevdir!"

Azerbaycanrealligi.com xəbər verir ki, hər zaman siyasi və ictimai dəsti-xətti ilə hakimiyyətin müdafiəçisi olan, bir sözlə desək, onun siyasi kursunu özünün baş redaktoru olduğu Xeberal.az saytında ən mükəmməl şəkildə müdafiə edən jurnalist Mirismayıl Xələfli sosial durumunun çətin olması, ona mənzil verilməsi ilə bağlı Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri prezidentin köməkçisi Əli Həsənova açıq müraciət edib. O, müraciətində qeyd edir ki, vətənpərvər bir jurnalist kimi Əli müəllimə dəfələrlə müraciət etsə də, onun müraciətləri ünvana çatmır. "Ola bilər məndən sizə yalnış məlumatlar çatdırırlar. Amma inanın ki, mənim yolum tək Ulu Öndər Heydər Əliyev yoludur.  Mənim bir liderim var. O da Cənab prezident İlham Əliyevdir və onun prezidentimə sadiq komandasıdır!" - deyə jurnalist Mirismayil Xələfli qeyd edib.

Sözügedən açıq müraciəti oxucularımıza təqdim edirik: 

"Əli müəllim, xahiş edirəm, məni qəbul edəsiniz! 

Əli müəllim, mənim sizə sonsuz hörmətim var. Mən bilirəm ki, siz dövlətə, dövlətçiliyə xidmət edən bir vətənpərvər insansınız. Hər zaman Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq olub, Cənab prezident İlham Əliyevin yanında olmusunuz. Haqqınızda bəzi, muxalifət saytlarında gedən qara piar yazıları qətiyyətlə pisləyirəm. Daima media üzərində gedən açıqlamalarınızı izləyib rəhbəri olduğum Xəbəral.az saytında dərc edirəm. Dünən sosial şəbəkələrdə bir açıqlamanızı izlədim. Qeyd etmisiniz ki, sosial şəbəkələrdə də insanları dinləyib şikayət və təkliflərin həllinə yaxından köməklik göstərirsiniz. Bəli, bu, həqiqətən, sevindirici haldır. Bunu hər məmur etmir, var olun! 

Bütün bunları nəzərə alaraq sizdən bir vətənpərvər jurnalist olaraq xahiş edirəm, məni şəxsən qəbul edin. Dəfələrlə sizə yazılı məktub ünvanlamışam, amma nədənsə elə bil teleqramlarımı sizə çatdırmırlar. Ola bilər məndən sizə yalnış məlumatlar çatdırırlar. Amma inanın ki, mənim yolum tək Ulu Öndər Heydər Əliyev yoludur. Mənim bir liderim var. O da Cənab prezident İlham Əliyevdir və onun prezidentimə sadiq komandasıdır! 

Əli müəllim xahiş edirəm, nümayəndənizi göndərin, yaşayışıma baxsınlar. Bir Azərbaycan vətandaşı kimi sizdə xahiş edirəm! 

Biz sizlərə güvənirik. İnanıram ki, mənim bu yazımı səmimi qəbul edib şəxsən məni görüşünüzə dəvət edərək fikirlərimi dinləyəcəksiniz. Allah sizləri və Azərbaycanımızı qorusun!"

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın