sitename

DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri vətəndaşların evlərini qanunsuz yollarla ələ keçirir

DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev saxta sənədlərlə vətənaşların evlərini ələ keçirir, - Azerbaycanrealligi.com xəbər verir ki, bunu Anews.az-a Gədəbəy rayon Saratovka kənd sakini Yazgül Əmiraslanova öz şikayətində bildirib. 

 Əmiraslanova deyir  ki,  Saratovka kəndində  yaşayan bir rusdan ev və həyətyanı torpaq sahəsi alıb. Həmin evdə himayəsində olan yaşlı anası, epilepsiya  xəstəsi olan uşaqı ilə yaşayır.  Ailənin ehtiyaclı olmasına baxmayaraq  həm vəzifə, həm də pul baxımından geniş imkanı olan ata-oğul Xudaverdiyevlər onun torpağını  əlindən almaq istəyir. "Bunlar mənə qədər bir neçə rusun evini və torpağını müxtəlif yollarla ələ keçiriblər. İndi də mənim torpaq sahəmə öz adlarına saxta sənədlər çıxarmaqla sahiblənmək istəyirlər. Lakin həmin torpaq sahəsinə dair mənim hər cür sənədlərim var”, - Əmiraslanova vurğulayır. 

Xanımın sözlərinə görə, vətəndaşların evlərini Xudaverdiyevlər saxta sənədlər düzəltmək yolu ilə ələ keçirir.  

" Elsun Xudaverdiyev Saratovka kəndində əvvəl icra nümayəndəsi işləyib və o zamanlar  düzəltdikləri saxta sənədlərə əsasən  iddia edirlər ki, guya 1996-ci ildə Torpaq İslahat Komissiyası Gədəbəydə torpaq bölgüsü aparan zaman həmin ərazini onlara verib.  Halbuki, həmin ailə 2002-ci ilə kimi Gəncə şəhərində yaşayıb və orda qeydiyyatda olublar. "Bu məsələ ilə bağlı evlərinə getmişəm. Atası Cahangir Xudaverdiyevdən xahiş edirəm ki, mənim torpaq sahəmdən əl çəksinlər. Əks təqdirdə prezidentə müraciət edəcəm. Cahangir Xudaverdiyev  o qədər özünə arxayındır ki, hətta mənimlə söhbətdə  prezidenti təhqir edir, məni isə hədələdi”,  -  deyə xanım əlavə edir.  

Məsələ ilə bağlı DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev ilə də əlaqə saxladıq. O, deyilənləri təkzib etdi. Atasının prezidenti təhqir etməsini inkar etdi və kənddə xeyriyyə ilə məşğul olduğunu  söylədi.
 
 Əmiraslanovanın sözlərinə görə, Elsun Xudaverdiyevin atası prezidenti söyərkən  onun səsini yazıb və orada həmin şəxsin dövlət başçısının ünvanına  "ptrezident ölsün" deyə fikirlər səsləndirdiyi aydın eşidilir. 
 
Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyindən isə bildirdilər ki, məsələ daxili araşdırmadadır və yaxın zamanlarda nəticəsi açıqlanacaq. 

Qeyd edək ki, Əmiraslanovanın sözlərinə görə, onda Xüdaverdiyevin atasının ölkə prezidentinə xitabən "prezident ölsün" ifadəsini işlətdiyi audio yazı var.  Düşünürük ki, Sosial müdafiə Nazirliyi və o cümlədən hüquq mühafizə orqanları bu faktı araşdıracaqlar.  Bu məsələni diqqətdə saxlayacağıq. 


Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 776
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 368
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 498
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 905
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar