Fərari erməninin atası və hərbçi qardaşı Qarabağa gəldi-anası xəstəxanaya düşdü

16, 08, 19
10:01

Fərari erməninin atası və hərbçi qardaşı Qarabağa gəldi-anası xəstəxanaya düşdü

Ermənistan mətbuatı işğaı altındakı ərazilərimizdəki dözülməz vəziyyətdən yaxa qurtarmaq üçün döyüş postunu tərk edərək Azərbaycan hərbçilərinə təslim olan erməni əsgəri barədə həqiqətləri gizlətmək üçün dəridən-qabıqdan çıxır.

İşğalçı ölkənin təmsilçiləri hətta əsgərin işgəncələrə məruz qaldığını təsdiq edən görüntüləri, siqaret söndürülmüş yerləri belə təkzib etməyə çalışırlar. Əvvəlcə ermənilər işgəncənin Azərbaycan tərəfdə “verildiyi” barədə sərsəm fikirlər irəli sürsə də, bunun işə yaramadığını anlayanda başqa xəyallar qurmağa başladı. İndi də iddia olunur ki, əsgər iyul ayında cərrahiyyə əməliyyatına məruz qalıbmış və xəsarət yerləri də guya əməliyyat izləridir.

Azerbaycanrealligi.com erməni mətbuatına istinadən xəbər verir ki, oğlunun fərarilik etdiyini eşidən əsgər anası ürəktutmasından xəstəkanaya düşüb. Kazaryanın atası və müqavilə ilə orduda xidmət edən qardaşı isə Qarabağa gəlib. İddia olunur ki, onlar araşdırmalarla əlaqədar dindirilmək üçün çağırılıb. Ermənistanın istintaq komitəsinin mətbuat katibi Naira Arutyundan deyib ki, faktla bağlı fərarilik və tabeliyindəki hərbi xidmətçi ilə münasibətləri özündə ehtiva edən maddə əsasında cinayət işi qaldırılıb.

Qeyd edək ki, 12 avqustda Azərbaycan ordusuna təslim olan erməni əsgər 2000-ci ildə Ermənistanda anadan olub və bu ilin yanvarında hərbi xidmətə çağırılaraq, Qarabağa göndərilib.

Məlumata görə, ötən gün Ermənistan ordusuna əsgərlərə qarşı törədilən özbaşınalıqlara etiraz əlaməti olaraq İrəvanda aksiya keçirilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın