Arzularınızın ünvanı - “My Beach” keyfiyyəti VİDEO və FOTOLAR

09, 07, 19
11:41

Arzularınızın ünvanı - “My Beach” keyfiyyəti VİDEO və FOTOLAR


Turizmdə keyfiyyət - bu sahənin inkişafının ən aktual problemlərindən biridir. Beynəlxalq turizm bazarında xidmətin keyfiyyəti rəqabət baxımından ən güclü silahdır

Ölkəyə səfər edən turistlər mehmanxanalarda, restoranlarında, xidmət bürolarında, turist komplekslərində xidmətdən razı qalsalar, həmin ölkənin, həmin obyektin fəal təbliğatçıları olurlar. Çoxsaylı tədqiqatlar göstərir ki, turistlərin böyük hissəsinin hər hansı bir ölkəyə və ya regiona səfər etmələri, orada olan xidmət keyfiyyətinin səviyyəsinin özləri tərəfindən qiymətləndirilməsi əsasında və ya tanışlarının məsləhətləri ilə baş verir.
Turistin təkrarən bu yerlərə baş çəkməsi isə xüsusi dəyər sayılır, turist axınının artmasına və eyni zamanda turizm bölgəsinin şöhrətinin daha da yüksəlməsinə səbəb olur. Nəticədə xidmət keyfiyyəti turizmin iqtisadi səmərəliliyini artırır.

Bu səbəbdən də istirahət mərkəzləri sahibləri mərkəzlərdə xidmət keyfiyyətini yüksəltməyə çalışır. Çünki atılan hər addım turist axınını artırmaq üçün bir şansdır. 

Azərbaycanda bu qızıl qaydaya əməl edən nadir müəssisələrdən biri də “My Beach” istirahət mərkəzidir. İstirahət mərkəzində xidmətin keyfiyyətinin yüksək həddə olmasını mərkəzin qarşısından belə görmək mümkündür. Gülərüz personal səni qapıda qarşılayaraq, arzuladığın məkana yönləndiririr.
Seçiminiz restoranla bağlıdırsa, burada sizi yüksək səviyyəli xidmət gözləyir. Səliqə ilə geyinmiş ofisiantlar müştərilərin istəklərini qeydə aldıqdan sonra qısa müddət ərzində sifarişi yerinə yetirir. Əsasən gənclərdən ibarət olan xidmət personalının əsas məqsədi müştəri məmnuniyyəti, müştərinin məmnun qalmasıdır.

Bu sırada restoranda təqdim edilən menyudan danışmamaq günah olardı. “My Beach”də siz zövqünüzə uyğun olaraq həm milli – Azərbaycan yeməklərindən, həm Avropa, həm də Şərq mətbəxindən dada bilərsiniz. Yeməklərin keyfiyyəti isə sizi yenə və yenə bu restorana baş çəkməyə vadar edəcək.

Qiymətlər barədə də danışmaq lazımdır. Çoxları dəniz sahilində dincəlməyi planlaşdıranda, paralel olaraq özlərini fantastik qiymətlərə də hazırlayırlar. Amma “My Beach” restoranında qiymətlər gözlənilən qədər də yüksək deyil. Hər halda, dəniz sahilindəki digər analoji obyektlərlə müqayisədə qat-qat əlçatandır. Elə bu səbəbdən də, restoran digərləri kimi müştəri korluğu çəkmir.

İstirahət mərkəzinin devizi olan “Müştəri hər zaman haqlıdır” şüarı xidmət əməkdaşlarının işində də özünü göstərir. Tam əminliklə söyləmək olar ki, “My Beach” istirahət mərkəzinin restoranın xidmət əməkdaşları öz əməklərinə dəyər verən, bu sahədə ixtisaslaşmış şəxslərdir. 

Restoranda müştərinin hər bir arzusu tez bir zamanda yerinə yetirilir. Əgər siz restoranın ümumi zalında əyləşmək istəyirsinizsə, buyurun! Əgər müştəri sifarişinin restoran şəbəkəsinə daxil olan xüsusi köşklərə gətirilməsini arzulayırsa, problem yoxdur! Xüsusi diqqət çəkən məqamlardan biri də ofisiantların gecə və ya gündüz olmasından asılı olmayaraq, daima müştərilər qarşısında gülərüz dayanmasıdır. 

“My Beach” istirahət mərkəzi barədə danışmaqla fikirləri tam izah etmək mümkün deyil. “My Beach”in necə bir yer olduğunu bilmək üçün ancaq oranı ziyarət etmək lazımdır. Odur ki, çalışın yolunuzu “Mənim dənizim” – “MyBeach”dan salın.










Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın