Kəlbəcərin icra başçısı 250 minlik maşın alır - Foto

01, 07, 19
10:55

Kəlbəcərin icra başçısı 250 minlik maşın alır - Foto


Kəlbəcərin icra başçısı 250 minlik maşın alır
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov yeni xidməti avtomobil alır.

Azerbaycanrealligi.com xəbər verir ki, söhbət “Mercedes Benz S 350” markalı maşından gedir.

Bununla bağlı icra hakimiyyəti açıq tender elan edib. Sözügedən tenderin şərtləri rəsmi qəzetlərdən birinin internet versiyasında yayımlanıb.

Əlaqələndirilən şəxs kimi icra hakimiyyətinin sektor müdiri-baş mühasib Zamanov Kazımın adı qeyd olunub.

Qeyd edək ki, 2013-cü ilin martından Kəlbəcərin icra başçısı olan Aqil Məmmədovun istədiyi “Mercedes Benz S 350” markalı avtomobilin satış qiyməti 250 min manat civarındadır.



 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın