Ermənilərin Türkiyənin iki vilayətinə səfəri etiraz doğurdu

10, 06, 19
12:02

Ermənilərin Türkiyənin iki vilayətinə səfəri etiraz doğurdu

İşğalçı ölkədən gələnlərə Van və Qars bələdiyyələrində xüsusi qayğının səbəbi; Fazil Mustafa: “Bu, iki qardaş ölkənin strateji maraqlarına ziddir...”

İyunun 6-da tarixdə ilk dəfə Ermənistanda İrəvan-Van reysi fəaliyyətə başlayıb. Axar.az xəbər verir ki, bunu ermənişünas alim İsmayıl Tanrıverdi qeyd edib. O bildirib ki, cəmi 35 dəqiqəyə Van şəhərinə çatan təyyarə Gürcüstana aid olsa da, sərnişinlər mayın 30-da Ermənistanda keçirilən “ümumerməni” oyunlarının iştirakçısı olan xarici və yerli ermənilər olub.

İ.Tanrıverdi ermənilərin bu dəfə də öz təxribatlarından geri qalmadıqlarını deyib: “Onlar ”Qərbi Ermənistan" adlandırdıqları türk torpaqlarını ziyarət edəcəklərini və avqustun 6-da Musa dağı adlandırdıqları dağın zirvəsində məşəl yandırmaqla öz məqsədlərinə çatacaqlarını bildirmişdilər. Sonra isə Van şəhər meriyasının əsas rəhbərliyinin kürd millətindən ibarət olduğunu nəzərə alaraq, qrup halında ora gedərək bu təyyarə reysinin daimi olması üçün tələb irəli sürəcəklərini söyləyiblər. Bir sözlə, erməni mətbuatı bu səfərin əsas məqsədinin “Ermənilərin ata-baba torpaqlarına ziyarətlərinin sayının artırılması, kürdlərlə dostluq münasibətlərini genişləndirmək və Türkiyəni daxildən zəiflətmək”dən ibarət olduğunu etiraf etməkdən də çəkinmirlər".
ErmÃÂnistanda ðrÃÂvan-Van reysi ile ilgili görsel sonucu
Qeyd edək ki, olayla bağlı Türkiyədən hələlik heç bir reaksiya yoxdur. 

Ermənistan ermənilərinin Türkiyəyə ayaq açmağa başladığı barədə daha bir məlumat yayılıb. Belə ki, Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla bir qrup erməni ictimai xadimi Türkiyənin Qars şəhərinə səfər edib və Qars şəhər bələdiyyəsi tərəfindən qəbul edilib. Bu hadisə azərbaycanlı diasporunun etirazlarına səbəb olub. Virtualaz.org xəbər verir ki, Qarsda təhsil alan azərbaycanlı tələbələr, Əsassız Erməni İddilarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) erməni heyətinin qəbul edilməsinə etiraz bildiriblər.
ðÃÂxan Zakaryan ile ilgili görsel sonucu
Türkiyə mənbələrinin xəbərinə görə, heyətə İ.Zakaryanla yanaşı Yerevan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan, fakültənin dosenti Aşot Soqomonyan və digərləri qrupa daxil olub. İ.Zakaryan Ermənistanın Hesablama Palatasının keçmiş rəhbəri və hökumət yanında mədəniyyət, turizm və idman komitəsinin rəhbəri olub, “Çiçəklənən Ermənistan” Partiyasının üzvüdür. Hərçənd türk mənbələri onu mədəniyyət, turizm və idman komitəsinin indiki rəhbəri kimi təqdim edir.
ErmÃÂnistanda ðrÃÂvan-Van reysi ile ilgili görsel sonucu
Erməni heyətinin səfərinə etiraz olaraq Qarsdakı Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələr mitinq keçiriblər. Universitetin tələbəsi Nihal Məmmədov tələbələr adından danışaraq bildirib ki, erməni heyətinin iyunun 6-da Qars bələdiyyəsində qəbul edilməsindən məyus olublar. Çünki ermənilər Dağlıq Qarabağda soyqırım törədiblər, Azərbaycan ərazilərini işğal altında saxlayırlar.

“Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədiblər, hamilə qadınların qarınlarını yarıblar, işgəncə veriblər. Biz bunları unutmadıq, unutmayacağıq. Ermənilərin Qarabağda qətlə yetirdikləri dinc əhali arasında kürdlər də var. Biz bu səfəri qəbuledilməz sayırıq” - çıxışda deyilib.

TADEF başqanı Ercüment Daşdelen isə yaydığı yazılı bəyanatda bildirib ki, erməni heyətinin Qarsın yeni seçilmiş bələdiyyə başqanı tərəfindən qəbul edilməsi ermənilərin tarix boyu türklərə və azərbaycanlılara qarşı etdiyi zülmlərin, qətliamların qurbanlarının xatirələrinə hörmətsizlikdir, cəmi 29.5 faiz səslə seçilmiş bələdiyyə başqanı tərəfindən qalan 70 faizin mənəvi duyğularına təcavüzdür.

ASİMDER başqanı Göksül Gülbey də erməni heyətinin Qarsa səfərini kəskin pisləyib. Bu səfərin Fransadakı erməni diasporunun Türkiyənin İğdır, Qars, Van bölgələrini “Qərbi Ermənistan” elan edərək hətta saxta “dövlətin” pasportunu paylamağa başlamasından cəmi bir neçə ay sonraya təsadüf etdiyini bildirib. Gülbey qeyd edib ki, Ermənistan heyəti ilə yanaşı bu ölkədən 8 avtobus erməni turist də Qarsa gətirilib, onlar sosial şəbəkələrdə fotolar paylaşaraq “Qərbi Ermənistana xoş gəldiniz” sözlərini yazıblar.

Xatırladaq ki, martın 31-də keçirilmiş yerli seçkilərdə kürdlərin partiyası HDP-nin namizədi Syhan Bilgen 29.5 faiz səslə Qarsın bələdiyyə başqanı seçilib. HDP PKK-nın siyasi uzantısı hesab olunur və Azərbaycan, İranla sərhəddə yerləşən Qarsda kürd namizədin qalib gəlməsi həm Bakıda, həm Ankarada narahatlıq doğuran hadisə sayılır. Çünki son vaxtlar PKK-nın İran qolu PJAK fəallaşıb və Qars, İğdır üzərindən Türkiyəyə sızır. Türkiyə mənbələrinin məlumatına görə Ermənistan xüsusi xidmət orqanları da İranın Türkiyə ilə sərhəd kürd kəndlərində fəallaşıblar və PJAK terrorçularına silah-sursat verirlər.

Bəs, Azərbaycan tərəfi məsələ ilə bağlı hansı addımlar ata bilər və atmalıdır?
Deputat Fazil Mustafa ile ilgili görsel sonucu
Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistandan bu cür səfərlərin həyata keçirilməsi yerli bələdiyyələrin özfəaliyyəti ilə bağlıdır: “Ona görə də bu məsələyə Azərbaycan tərəfinin müdaxiləsi çətindir. Azərbaycan tərəfi uzağı bu məsələni Türkiyə hökumətinin diqqətinə çatdıra bilər. Türkiyə hökumətinin özü də bu məsələyə bildiyim qədər çox da dərindən müdaxilə eləyə bilmir. Çünki Qarsda, Vanda, İqdırda bələdiyyələri ermənilərlə əlaqələr qurmaqda maraqlı olan qüvvələr ələ keçiriblər, seçkilərdə qalib gəliblər. Ona görə də onların imkanları daha genişdir. Onlar guya bələdiyyələrinin fəaliyyətini genişləndirmək üçün qonşu bölgələrdə olan dövlətlərlə münasibətlərə, alış-verişə üstünlük verirlər. Belə əsaslandırmağa çalışırlar ki, bu, iqtisadi əlaqələr baxımından bölgənin inkişafı üçün vacibdir, Ermənistan bazarı əlverişli bazar olduğuna görə Türkiyə mallarının oraya yönəldilməsi orada öz həllini tapır. Amma bütövlükdə bu bir strateji məsələdir. Həqiqətən də bu məsələ Türkiyə dövlətində, hökumətində bir narahatlıq, narazılıq doğurmalıdır. Lakin hiss olunur ki, hökumət səviyyəsində bu məsələyə bir qədər yumşaqlıq göstərildiyi üçün yerli bələdiyyələr ermənilərlə əlaqələri açıq şəkildə qururlar. Dəfələrlə rəsmi səviyyədə qeyd olunur ki, çoxlu sayda Ermənistandan gələn işçi miqrantları evlərinə vəsait aparırlar. Deməli, müəyyən dərəcədə Türkiyədə erməni miqrantların gəlməsi, çalışması üçün yaşıl işıq yandırılıb. Amma bu, kütləvi şəkildə deyil. Görünür, bələdiyyələr də bu vəziyyəti əsas götürərək belə arxayın şəkildə müstəqil addım atırlar. Lakin bu, Azərbaycanın və Türkiyənin dövlət olaraq strateji maraqlarına ziddir. Biz çalışmalıyıq ki, bunu gündəmə gətirək, Türkiyənin rəsmi qurumları bu məsələdə müəyyən dərəcədə həssaslıq göstərərək bunun qarşısını alsınlar”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın