Damarlarımızın əsas düşmənləri - Onlar bizi gizlicə öldürür!

02, 06, 19
20:52

Damarlarımızın əsas düşmənləri - Onlar bizi gizlicə öldürür!


İnsan yaşlaşdıqca damarların sağlamlığı pozulur - damarlar elastikliyini itirir, daha kövrək olur, partlamaya meyilli olur, damarların daxilində xolesterin yığılır ki, nəticədə damarlar daralır və bəzən hətta tam qapanır.

Bu dəyişiklikləri mümkün qədər ləngitmək üçün damarların sağlamlığına zərbə vuran amilləri bilmək və onları həyatından mümkün qədər kənarlaşdırmaq lazımdır.
Bu amillər hansılardır?

1. Trans yağlar (marqarin və s.). Azerbaycanrealligi.com saglamolun.az-a istinadən bildirir ki, məhz bu yağlar damarların əsas düşmənlərindəndir. Təbii kərə və bitki yağları əksinə damarların sağlamlığını qoruyur, xüsusilə bu zeytun yağına aiddir.

2. Şirniyyatlar, şəkər, şirin içkilər. Şəkər damarların daxili divarını iltihablaşdırır ki, belə iltihablaşmış damarda xolesterin daha sürətlə yığılır.

3. Tərkibində fosfatlar olan məhsullar - kolbasa, sosis və s.

4. Siqaret çəkmək. Bu damarların sıxılmasına, qan dövranının pozulmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın