Nur-Sultan fiaskosu: Putin Nikolla görüşdən niyə imtina etdi?

31, 05, 19
12:25

Nur-Sultan fiaskosu: Putin Nikolla görüşdən niyə imtina etdi?

Nikol Paşinyanın bu səfərinin çox uğursuz alınmasının bir çox səbəbləri var.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Nur-Sultanda Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tutmamasına münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Rusiyanın həqiqətəndə “hər yerdə yanğın söndürən funksiyasını yerinə yetirmək iqtidarında olmadığını” göstərməyə başlayır:
“Putin artıq Paşinyanın qeyri-ciddi davranışlarından və onun təcrübəsizliyindən təngə gəlib. Nikol Paşinyan Nur-Sultanda olan Avrasiya İttifaqı sammiti çərçivəsində əvəlcədən razılaşdırılmış müəyyən məqamları pozmağa çalışıb. Bu məsələdə ən çox diqqəti çəkən məsələ odur ki, artıq İrəvan Moskva ilə münasibətdə özünü tələbkar aparır. Paşinyan Putinin sözləri ilə oturub durmamağa çalışır. Xüsusən, bu cür samitlərdə müstəqil dövlət başçısı olduğunu göstərmək üçün Paşinyan özünü həddindən artıq təkəbbürlü və lovğa aparır. Onun protokol qaydalarını düzgün mənisəməməyi və qaydalara əməl etməməyi dövlət başçıları ilə görüşlərdə ona qarşı ciddi tənqidlərə gətirib çıxarır. Bir sözlə, Paşinyanın davranışları onun Rusiya ilə münasibətinə ciddi təsir edir. Hesab edirəm ki, Rəsmi Moskvanın bu davranışa cavabı çox sərt olub və buna görə də o, heç kimə demədən bu cür önəmli sammiti tərk edib”.
Politoloq qeyd edib ki, baş verənlər Paşinyanın necə səriştəsiz, siyasətdən anlayışı olmayan biri olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Avrasiya İttifaqı sammiti çərçivəsində Paşinyan-Putin görüşü əvvəlcədən planlaşdırılsa da, baş tutmayıb. Görüşün baş tutmamasının səbəbi açıqlanmayıb.
Eyni zamanda, Nur-Sultanda keçirilən tədbirdə Qazaxıstan lideri Nursultan Nazarbayevin bütün dövlət başçılarını təltif etməsi, yalnız Paşinyana mükafat verməməsi diqqət çəkib. Bəzi məlumatlara görə, bu və Putinin görüşdən imtinası Paşinyanın səfər proqramını yarımçıq saxlayaraq, İrəvana qayıtmasının əsas səbəbidir.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın