Tanınmış jurnalist anasının müalicəsi üçün təsirli çıxış edərək Mübariz Məsimovdan kömək istədi - VİDEO

17, 05, 19
11:20

Tanınmış jurnalist anasının müalicəsi üçün təsirli çıxış edərək Mübariz Məsimovdan kömək istədi - VİDEO


Kanal1.tv internet televiziyasinin rəhbəri, bəzi adı xəbər portalı olaraq keçən, amma xəbərləri doğru və qərəzsiz təqdim etməkdən uzaq olan portallardan fərqli fəaliyyət sərgiləyən, həqiqəti bütün acılığı ilə əks etdirən, sosial-ictimai fəaliyyətində doğruluğu, səmimiyyəti ilə çox seçilərək gündəm yaradan, insanların sosial durumunu və məmur özbaşınalıqlarını olduğu kimi xalqımıza təqdim edən jurnalist Teymur Kərimov anasının sağlamlıq durumunun olduqca ağır olduğunu özünə məxsus olan internet televiziyasında dəfələrlə video çəkməklə bildirmişdir. O, həmçinin, Azərbaycan səhiyyəsinə güvənmədiyini söyləmiş, hətta "susmasan, anan bizim əlimizdədir" kimi təhdidlər də aldığını vurğulamışdır. Jurnalist bildirir:

"Anam 4 ay bundan əvvəl qanda olan problemlə, yəni miyamona xəstəliyindən əziyyət çəkməyə başladı. Bunu gec bildik, xəstəxanalara gətirdik. Yanlış müalicə olundu. Üstündən müəyyən zaman keçdi. Hər dəfə biz ona qan tranzbatik vurdururuq, amma bu ximiyaların da təsiri bir o qədər yoxdur. Sözün açığı ölkədəki səhiyyə sisteminə də bir növ güvənsizliyim var". Jurnalist videomüraciətində bildirir ki, 4 ay ərzində artıq bütün imkanı tükənib. O, sosial şəbəkələrdən "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Məsimovun xəstə və imkansız şəxslərə yardımının əyani şahidi olduğunu vurğulayıb, elə buna əsaslanaraq da videomüracətini çox uzatmadan Mübariz Məsimova ünvanlayıb, yalnız ondan anasının müalicəsi üçün kömək istəyib və təsirli çıxış edərək onun yardımına ehtiyacı olduğunu bildirib.

Azerbaycanrealligi.com olaraq sözügedən videomüraciəti oxucularımıza təqdim edirik. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın