“18 il çadırlarda oğul böyütdüm, bayrağa bükülmüş cansız bədənlə özümə qaytardılar

29, 04, 19
08:49

“18 il çadırlarda oğul böyütdüm, bayrağa bükülmüş cansız bədənlə özümə qaytardılar

â18 il çadırlarda oÄul böyütdüm, bayraÄa bükülmüŠcansız bÉdÉnlÉ Ã¶zümÉ qaytardılarâ
"18 il çadırlarda oğul böyütdüm, göndərdim vətəni qorudu. Amma vətən balamı qoruya bilmədi. Oğlumu Azərbaycan bayrağına bükülmüş cansız bədənlə özümə qaytardılar”.Bu sözləri Criminal.az saytına hərbi xidmətdən təxris olunmasına 3 ay qalmış güllə yarası ilə ölən Anar Dağıstan oğlu Əsgərlinin anası Tərlan Əsgərli deyib. Ananın sözlərinə görə, oğlunun kürəyindən dəyən güllə ürəyini parçalayaraq sinəsindən çıxmışdı:

"Adın qoydular ki, guya oğlum intihar edib. Oğlumun cansız bədəninə baxmışıq. Bədəninə güllənin girişi-çıxışı görünürdü. Foto və videolar var. Güllə arxadan dəyib, qabaq hissədən ürəyini parçalayaraq çıxıb”.

T.Əsgərli Ağdam rayonundan məcburi köçkündür. 2 oğlundan biri Murovda xidmət edib, hərbidə dünyasını dəyişən Anar Əsgərli isə Tovuz rayonunda yerləşən "N” saylı hərbi hissədə xədimət edib. 2012-ci il iyun ayında Ağdam rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Xidmətini başa vurmağına 3 ay qalmış, 2013-cü il sentyabrın 12-də güllə yarasından dünyasını dəyişib.

T.Əsgərli deyir ki, oğlu ilə ölümündən bir gün əvvəl danışıb və heç bir şikayəti olmayıb: "Hərbiyə marağı böyük idi. Şəkillərində baxanda da bunu görmək mümkündür. 1 il 3 ayın əsgəri oldu. Manqa komandiri idi. Gəlməyinə 3 ay qalmış, 2013-cü ildə sentyabrın 12-də saat 10-un yarısında oğlumla telefonla danışmışam. Heç bir naratlığı yox idi. Hər dəfə danışanda da deyirdi ki, atamı razı sal müddətdən artıq hərbi xidmətdə qalmağıma icazə versin. Biz də ona məsləhət görmüşdük ki, təxris olunub gəlsin, sonra hərbiyə getsin. Sentyabrın 12-də danışanda heç bir narazılığı yox idi. Səhəri gün, saat 08.05-də Space-də xəbərlərdə dedilər ki, Tovuz istiqamətində atəşkəsin poluzlması nəticəsində N saylı hərbi hissədə xidmət edən Əsgərli Anar Dağıstan oğlu şəhid olub. Yoldaşım zəng etdi ki, icra nümayəndəsi zəng edib ki, Anar yaralıdır. Qışqırdım ki, indicə qulağımla eşitdim ki, Anar şəhid olub. Oğlumu bayrağa bükülü gətirdilər, dəfn etdilər. Hərbi hissə uşağımın yasın verdi”.
 
"Hərbi prokuror Xanlar Vəliyev məni qəbul etdi. İşi araşdıran müstəntiq Müşfiq Abbasova dedi ki, bu ananın oğlunun qolu-qıçı itməyib ki, təsəlli verəm, bu ana oğul itirib. İşin 99 faizini aparmısan, 1 faizini də elə aparırsan ki, ananın narazılığı olmasın. Müstəntiqə dedi ki, ananı aparırsan hərbi hissəyə, oğlunun əsgər yoldaşlarını gətirib ana ilə görüşdürürsən. Xanlar Vəliyev əlini çiynimə qoyaraq dedi ki, ana, 25 ildir həmin hərbi hissə yaranıbdır, orda 5 ürəkli oğul varsa, onun biri sizin oğlunuz olub. Gedin oğlunuzla fəxr edin, belə oğul vermisiniz vətənə. Lakin nə oğlumun nə silahından əl izi götürdülər, nə məni hərbi hissəyə apardılar. 5 il 8 ayda döymədiyim qapı, getmədiyim qəbulllar qalmayıb. Heç nə istəmirəm, uşağımın özünə layiq adından başqa...”-deyə əsgər anası şikayətləndi. 

T.Əsgərli bildirdi ki, oğlunun layiq olduğu addan başqa heç bir istəyi yoxdur: "Oğlumu göndərdim ki, vətəni qorusun, bəs dövlətim niyə uşağımı qorumadı? Uşağımı alma satmağa göndərməmişdim ki? İstəyirəm səsim Mehriban Əliyevaya çatsın. O da bir əsgər anasıdır. Məni ondan yaxşı heç kim başa düşməz. Maddi tərəfdən dövlətdən heç nə istəmirəm. Anara ayrılan maddi vəsait kasıb bir uşağa verilsin, həmin uşaq o pulla oxuyub təhsil alsın. Mən Anarın diplomunu bu yaxınlarda almışam. Oğluma şəhid statusu verilsin. Bu yaxınlarda hərbi prokurorluğa gedərək Mehdi Hüseynovun qəbuluna yazıldım. Neçə dəfə getdim, Xanlar Vəliyevlə görüşə bilmədim. Xanlar müəllimin mənə verdiyi söz nə idi, məni qapılara salmağı nə idi? Uşağımın əl boyda sənədin verin də. Mehdi müəllim deyir ki, intihar edib. Deyirəm intiharının səbəbi nə idi? Oğluma güllə kürəyindən dəyib. Özü özünü kürəyindən necə vursun? Həmən silahla mən anasını vursunlar. Kürəyimdən vursunlar, görsünlər güllənin girişi ilə çıxışı eyni olur? Mən özümü kürəyimdən necə vura bilərəm? Balamın özünə layiq adını alandan sonra qurban kəsəcəm. Heç bir anaya arzulamıram çəkdiklərimi. Zülmlə böyütmüşdüm. Elə bilirəm ki, sağ qolum kökündən kəsilib”.

Criminal.az xatırladır ki, Anar Əsgərli ölümündən bir neçə saat əvvəl "facebook”da profil şəkilini dəyişdirib. Həmin fotoda əsgər məzarına qərənfil qoyan qız təsvir olunub, Stasunda isə belə yazılıb: "Bəlkə mənim də qismətimdə bir güllə oldu”





Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın