"German" hospitalda yeni doğulan uşaq müəmmalı şəkildə öldü

26, 04, 19
13:43

"German" hospitalda yeni doğulan uşaq müəmmalı şəkildə öldü


"German" hospitalda yeni doğulmuş uşaq müəmmalı şəkildə ölüb. Uşağın əmisi Asim Xudaverdiyev Azerbaycanrealligi.com-a bildirib ki, 3 gün əvvəl qeysəriyyə yolu ilə oğlu dünyaya gəlib.
 Əmi uşağının ölümündə Arzu adlı həkim-ginekoloqu günahkar bilir: "Uşaq Arzu adlı həkimin səhlənkarlığından ölüb. Bu gün xəstəxanadan çıxartmalı idim. Səhər zəng etdilər ki, uşaq keçinib. Ölümün səbəbini demirlər. Hazırda prokurorluq əməkdaşları klinikaya gəlib". 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın