Ermənilər cəbhədə azyaşlı uşaqları atəşə tutdu - FOTO

24, 04, 19
23:38

Ermənilər cəbhədə azyaşlı uşaqları atəşə tutdu - FOTO


Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozaraq cəbhə bölgəsində yaşayan dinc əhalini atəşə tutub. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu gün saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndinin azyaşlı sakinləri düşmənin hədəfinə tuş gəliblər. Atəşə məruz qalanlar uşaqlardan birinin səhhəti pisləşib.

Ordu.az-ın verdiyi məlumata görə, 13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. Kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar. 

Xəstəxanada tam müayinə edilən azyaşlı daha sonra evə buraxılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. 

Qeyd edə ki, Ağdamın Çıraqlı kəndin mütəmadi olaraq düşmənin atəşinə məruz qalır. 



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın