sitename

Baş redaktorun məhkəməsi davam edib, zərərçəkmişlər şikayətçi olmadıqlarını bildiriblər.

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə  hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Reallıq.info" saytının təsisçisi və Baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azerbaycanrealligi.com-un verdiyi məlumata görə bu gün Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə keçən məhkəmə prosesində şahidlər və zərərçəkənlər ifadə verib. İlk ifadə verən Gəncə şəhər təhsil idarəsinin müdürü Hüseynov Zakir zərərçəkən qismində ifadə verdi. O məhkəməyə verdiyi  ifadəsində bildirdi ki, İkram Rəhimov ona zəng edərək onun haqqında məlumatı "Reallıq.info" saytında dərc edəcək. Bu səbəbdən də o məcbur olub İkram Rəhimova müəyyən vaxtlarda pul verib. Hüseynov Zakir bildirdi ki,pulu (bir dəfə istisna olmaqla) şəxsən özü verməyib. Müəyyən adamların vasitəsilə verib.

İkram Rəhimovun vəkili Elçin Sadıqov sual verir-İkram bəyi nə vaxtdan tanıyırsız?

Zərərçəkən Hüseynov Zakir cavab verir-2000-ci ildən tanıyıram. Həmin vaxtlar Gəncə şəhərində 39-nömrəli məktəbdə direktor işləyirdim elə həmin vaxtdan tanıyıram. İkram Rəhimov isə ayağa qalxaraq bildirir ki, sən 2016-ci ildə "Hürriyyət" qəzetinə abunə olmusan. Hər çıxan qəzetin 300 trajını alırdın. Bu zaman isə hakim müdaxilə edir.  

-İkram sənə söz verilməyib.

-İkram isə bildirir-siz tərəf kimi çıxış edirsiz möhtərəm hakim. Bu zaman səs-küy çoxalır. Hakim İkram Rəhimovun zaldan çıxarəlmasını bildirir. Amma sonra fikirndən dönür və İkram Rəhimov zalda qalası olur. 

Sonra təqsirləndirilən İkram Rəhimova söz verilir və o fikirini davam etdirir. Hörmətli hakim bu şəxs 300 tıraj Rəsul Quluyevin qəzetini alırdı. Mən də həmin vaxtı qəzetin qərb regionu üzrə müxbiri işləyirdim.Rəsul Quluyevin qəzetini almasına səbəb isə Rəsul Quluyev hakimiyyətə gələndə Hüseynov Zakirə yüksək vəzifə versin deyə alırdı. Zakir Hüseynov bildirdi ki, mən Prezidentimə sadiqəm. Mən YAP-ın üzvüyəm.Dairə Seçki Komisiyasının üzvü olmuşam bunların hamsı yalandı. 

İkram Rəhimov fikirini davam etdirir. Bizim 2000-ci ildən münasibətimiz var və dostluq edirik. 2014-ci ildə Təhsil idarəsinin işçisi olan Ceyhun Mirzəliyev barəsində rüşvətlə bağlı faktları özün bizə verdin və biz xəbər kimi saytda dərc etdik. Yadındadı?

Hüseynov Zakir İkram Rəhimova -Korrupsiya yox, neqativ hallarla bağlı sənə demişəm. Sonra Korrupsiya idarəsi gəldi onu həbs etdi.
İkram Rəhimov deyir-səninlə bağlı yazılar Savaş.orq saytında gedib.

Vəkil Elçin Sadıqov sual verir-Siz 2000-ci ildən bu yana rüşvət verirsiz İkram Rəhimova.Həmin illər nə qədər rüşvət verirdiz?

Hüseynov Zakir cavab verir-20Azn,10Azn.

Vəkil Elçin Sadıqov bildirir-axı həmin vaxtlar valyuta manat yox, şirvan idi.

Hüseynov Zakir-Bəli,bəli siz düz buyurursuz manat deyil, 10-20şirvan vermişəm.

Vəkil Elçin Sadıqov sual edir-İndiyə kimi nə üçün rüşvət verirdiz?susurduz, bu barədə adiyyatı orqanlara şikayət etmirdiz? 

Hüseynov Zakir cavab verir-indi şikayət etdim dəə.

Vəkil Elçin Sadıqov sual edir-digər zərərçəkənləri tanıyırsız?

Hüseynov Zakir cavab verir.-Xeyir tanımıram.

Vəkil Elçin Sadıqov-Bəs nə üçün eyni gündə hamınız  DTX-nə şikayət ərizəsi vermisiz?

Hakim Əlövsət Abbasov vəkilə bildirir  bu nə sualdı verirsən?

Vəkil Elçin Sadıqov isə hakimə bildirir ki, onda mənə sual verməyi öyrədin.

Hakim Əlövsət Abbasov-biz öyrətmirik, tövsiyyə edirik.

Vəkil Elçin Sadıqov sual verir. Sizi zəng edib şantaj edən hər bir jurnalistə pul verirsiz?

Hüseynov Zakir isə deyir-Nə edim abrım gedəcək,qorxuram.

Vəkil Elçin Sadıqov- Demək ki, sizin işlərinizdə neqativ hallar var, rüşvət var ki, siz qorxursuz
?


İkram Rəhimov Hüseynov Zakirə deyir-Sən demisən ki, mən səndən telefonla danışarkən şantaj edib,rüşvət istəmişəm. Amma İstintaq 
materiallarında telefonda səndən rüşvət istəməyib barəsində bir dənə də olsun fakt yoxdu.

Hüseynov Zakir isə deyir-telefonda istəməmisən.Üzbəüz görüşəndə istəmisən. 

İkram Rəhimov isə suallarına davam edir.İstintaqda verdiyin ifadədə bildirmisən ki,mən sənin barəndə 2014-cı ildə Reallıq.info saytında yazı yazmışam. Axı "Reallıq.info"saytı 2016-cı ildə təsis olunub. Mən səninlə bir dənə də olsun tənqidi yazı yazmamışam.Əgər yazmışamsa bunu əyani 
olaraq göstər.


Hüseynov Zakir cavab verir -Onda sən Hürriyyət qəzetində yazırdın.

İkram Rəhimov isə bildirir ki,hardadı o qəzetlər gətir göstər.

Hüseynov Zakir cavab verir-Arxivləşdirməmişəm.

Hakim Əlövsət Abbasov sual verir-Hər-hansı bir şikayətin,iddian var?

Hüseynov Zakir-Xeyir,yoxdu.

Hakim Əlövsət Abbasov sual verir-Pul tələbin var?

Hüseynov Zakir-Xeyir,yoxdu.

Hakim Əlövsət Abbasov Hüseynov Zakirə sual verir-İşin yüngülləşdirmə və ya ağırlaşdırma barəsində hər-hansı tələbiniz var?

Hüseynov Zakir isə cavab verir-Cənab hakim sizin ixtiyarınıza qoyuram.

Növbəti zəzçəkən Ekologiya və Təbii Sərvətlər Nairliyinin Şabran rayonunun 5saylı zonalninin direktoru Əbilov Rafiq ifadə verdi. O məhkəməyə bildirib ki,İkram Rəhimovu şəxsən tanımır. Bir dəfə də olsun telefon əlaqəmiz olmayıb,nə də İkram Rəhimova pul verib.

Əbilov Rafiq ifadəsində deyib ki,2017-ci ilin avqust ayında Şabran rayonunda meşə yanğınları olmuşdu. Həmin vaxtı da Nazirlikdən mənə bildirdilər ki, Reallıq.info saytında gedən yazıları dərhal sildir. Əbilov Rafiq Nazirliyin işçilərinə deyib ki,mən həmin saytın rəhbərini tanımıram. Sonra bizim nazirliyin işçiləri 300 Azn pul verib həmin yazıları sildirmişdi. Sonra mən bilmədim o pulu nazirliyin işçilərinə verdim, vermədim heç yadımda deyil.

Vəkil Elçin Sadıqov bildiri ki,sizin vepef proqramından başınız çıxır?

Əbilov Rafiq-Xeyir,başım çıxmır.

Vəkil Elçin Sadıqov-Yazını siz öz gözlərinizlə görmüşdüz Reallıq.info saytında dərc olunduğunu? Saytda oxumuşduz həmin yazını?

Əbilov Rafiq-Bəli ,bəli

Vəkil Elçin Sadıqov-Axı həmin saytın ölkədən girişinə blok qoyulub. Sən necə oxuya bilərdin o yazını?

Əbilov Rafiq-Uşaqlar göstərmişdi.Vallah mən də bilmirəm.

Hakim Əlövsət Abbasov Əbilov Rafiqə sual verir-İşin yüngülləşdirmə və ya ağırlaşdırma barəsində hər-hansı tələbiniz var?

Əbilov Rafiq-Xeyir,Cənab hakim sizin ixtiyarınıza qoyuram.

Növbəti Zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı "Hirkan" qoruğunun rəhbəri Mirzəyev Azər zərərçəkən qismində ifadə verib.
O bildirdi ki,İkram Rəhimov onun barəsində şantaj dolu heç bir yazı yazmayıb, rüşvət tələb etməyib. Burda İkram Rəhimovun nə işi var mən başa düşmürəm. Burada Emin Haqq deyilən bir jurnalist var o olmalı idi, O məndən pul tələb edib. Pul vermədiyim təqdirdə bütün saytlarda mənim haqqımda və qoruq haqqında ağ yalanlar yazıb və yazdırıb. Bununla bağlı mən DTX-ya ,Prokrorluğa,digər dövlət strukturlarına müraciət etmişəm.Təəssüf ki,heç kim baxmadı.İkram Rəhimov həmin Qoruğa turis kimi gəlmişdi və mənimlə söhbət edəndə bəlli oldu ki,İkram bəy jurnalistdi vəmən problemlərimizi danışdım.Bir çox saytlardan yazıları təmənnasız sildirdi.İki saytdan başka. İkram bəy mənə dedi ki, hər sayt üçün 200 Azn pul verin həmin yazıları silsinlər. Mən də elə etdim. Bir dəfə Ekologiya Departamentinin müdürü Hikmət Əlizadədən 200 Azn, bir dəfə də mühasibim Kamal İsmayılovdan 200azn göndərdim həmin yazıların silinməsi üçün.Mən İkram bəyə nə pul vermişəm,nə də İkram bəy mənim barəmdə şantaj dolu yazılar yazıb.

Hakim Əlövsət Abbasov  Mirzəyev Azərə sual verir-İşin yüngülləşdirmə və ya ağırlaşdırma barəsində hər-hansı tələbiniz var?

Mirzəyev Azər-Cənab hakim sizin ixtiyarınıza qoyuram.

Sonra Şahid qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Deportament  müdürü Hikmət Əlizadə Məhkməyə ifadə verdi.O bildirdi ki,"Hirkan" Qoruğu haqqında İkram Rəhimovun saytında yazılar gedirdi. Mən də həmin vaxtı qoruğun rəhbəri Mirzəyev Azərin xahişi ilə Vüsal Cabbarlı adlı işçimizin vasitəsilə İkram Rəhimova 200 Azn pul göndərdim ki,yazıları silsin.

Vəkil Elçin Sadıqov sual verir- Axı Mirzəyev Azər qeyd etdi ki, İkram bəy onun haqqında heç bir şantaj xarakterli yazı yazmayıb. Onun saytı həmin tarixdə bloklanıb.Siz nə əsasında belə bir ifadə verirsiz?

Hikmət Əlizadə cavab verir-Vallah yadımda deyil.

Vəkil Elçin Sadıqov-Siz Ekologiya Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə xanımı tanıyırsız?

Hikmət Əlizadə-Bəli, tanıyıram

Vəkil Elçin Sadıqov-Necə olur ki, Mətbuat xidmətinin rəhbəri İradə xanım Mətbuat günü ilə əlaqədar olaraq İkram bəyİ diplomla təltif edir?

Hikmət Əlizadə-Bilmirəm.

Hakim Əlövsət Abbasov-Vəkilə deyir:-Bu nə sualdı verirsən yenə?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Vüsal Cabbarlı məhkəməyə şahid qismində ifadə verdi.

Deportamentin direktoru Hikmət bəyin göstərişi ilə 200azn pul aldım.Jurnalist nömrəsi vermişdi həmin nömrəyə zəng etdim.Görüşdük həmin jurnalistə 200 azn pul verdim.Həmin jurnalist İkram bəy deyildi.Bu jurnalisti(İkram Rəhimovu)heç görməmişəm,tanımıram.

"Hirkan" qoruğunun mühasibi Kamal İsmayılov şahid qismində ifadə verərək bildirdi ki,İkram bəy "Reallıq.info" saytında
"Hirkan" qoruğu haqqında və rəhbərimiz Azər Mirzəyev haqqında şərr və böhtan xarakterli yazılar yazırdı. Ona görə də rəhbərimiz məndən xahiş etdi ki, 200 Azn İkram bəyə pul verim bir daha bizdən yazı yazmasın. Və mən də 200 azn verdim.

İkram bəy deyir-Mən sizin Qoruğunuz haqqında və ya rəhbəriniz haqqında heç bir yazı yazmamışam.Rəhbəriniz də az əvvəl çıxışında bildirdi.Mən Qoruq haqqında heç bir yazı yazmamışam. Həmin yazılar "Bakunews" və "Xalqxəbər" saytında getdiyinə görə həmin pullar verilib və mənə də çatmayıb.

Hikmət Əlizadə-Mənə elə gəlir ki, sizin saytınızda gedən yazılara görə verilib həmin pullar.

Vəkil Elçin Sadıqov bildirir- Sənə elə gəlir deyə İkram bəy burda mütttəhim olmalıdı?Bu nə fikirdi,bu nə sözdü?

Zərərçəkən qismində Həsənov Elnur ifadə verir. Saytda yazı çıxmışdı 300 Azn pul vermişəm,amma bilmirəm bu saytdı ya yox.Şəxsən tanımıram.İlk dəfədi bu jurnalisti görürəm.

Zərərçəkən Əflatun Nuruyev Raquf Mirzəyevə 200azn pul vermişəm.Amma bilmirəm həmin pul  İkram bəyə çatıb ya yox.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi  Yusifov Sadiq zərərçəkən qismində ifadə verdi.O bildirdi ki,2017-ci ildə 9-cu Mikrarayonda ağac kəsilmişdi,yerində obyekt tikiləcəydi.Həmin vaxtı xəbər gəldi ki,İkram bəy orda şəkil çəkib,saytda bu haqqda xəbər dərc etmək istəyir.Mən də məcbur oldum,zəng etdi ki,yazını dərc etməsin qarşılığında pul verəcəm.

Vəkil Elçin Sadıqov əlavə olaraq qeyd edir ki, telefon danışıqlarında göstərildiyi kimi, İkram Rəhimov bildirir ki,nə ağac ,nə kəsim özünüzdə görürsüz ki,İkram bəyin ağacların kəsilməsilə bağlı heç bir məlumatı yoxdu.

Növbəti məhkəmə prosesi aprel ayının 24-də saat 17-00-da olacaq.


İkram Rəhimov 2018-ci il il oktyabrın 26-da saxlanılıb. Məhkəmənin qərarı ilə hədə-qorxu gələrək pul tələb etmək ittihamı ilə həbs olunub. Həbsdən öncə İ.Rəhimov bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.

Azerbaycanrealligi.com




Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 796
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 386
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 507
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 916
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar