Şəhid xanımına qarşı dəhşətli əməl: Uşaqlarını əlindən alıb, özünü dəlixanaya saldılar

05, 04, 19
20:02

Şəhid xanımına qarşı dəhşətli əməl: Uşaqlarını əlindən alıb, özünü dəlixanaya saldılar

ÅÉhid xanımına qarÅı dÉhÅÉtli ÉmÉl: UÅaqlarını ÉlindÉn alıb, özünü dÉlixanaya saldılar"Qaynanam və baldızım birləşərək dövlətin kəsdiyi 1400 min manata görə məni dəlixanaya saldırdı". 

Azerbaycanrealligi.com xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan Şəmkir rayonundan gələn Ruhiyyə bildirib. 

Ruhiyyə qeyd edib ki, qaynanası uşağını əlindən alıb:

"Həyat yoldaşım şəhid olandan sonra dövlət bizə ev tikdi. Mənə və iki uşağıma pensiya düzəltdi. Ayda 1400 manat pul alır. Bu pula görə uşaqlarımı əlimdən alıb məni dəlixanaya atdı. Həyat yoldaşım döyüş bölgəsində olub. Ona görə dövlət tərəfindən 11000 manat pul verilib. Bundan sonra qaynanamla baldızım mənə qarşı çıxmağa başladı. Baldızım uşaqlarımı əlimdən alıb məni aparıb Tərtərdə küçənin ortasına atdı. Baldızım deyir ki, daha səni istəmirik. Qardaşım ölüb, uşaqları ver, özün də çıx, get. Mən də dedim uşağımı mənə ver. Orada da polis məni gördü. Soruşdu ki, niyə ağlayırsan. Mənə dedilər ki, sənə ev verən deyilik. Mən də dedim ki, uşağımı istəyirəm.

Başqa heç nə istəmirəm. Anamgil məni aparmağa gələndə baldızımla əri məni otağa salıb bildirdilər ki, bizim dediyimizlə getməsən səni öldürəcəyik. Uşaqları aparsan anam yaşaya bilməz. Mən də anamgilə getmədim. Qaynanamla qaldım. 2 aydan sonra baldızım yenə gəldi. Avqustun 7-də məni dəlixanaya apardılar. Bir qadın qarşımı kəsib dedi ki, əgər maşına minib getməsən bura bir kişi salıb şəklini çəkib yayacağıq. Qaçıb otağa gizləndim. Baldızım, qaynanam və polis məni otaqdan məcburi çıxarıb Maştağadakı dəlixanaya qoydular. Qaynanam həkimlərə deyib ki, ailəsi imtina edib. Mən də saxlaya bilmirəm". 

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın