Azərbaycanda xanım jurnalisti bu vəziyyətə saldılar - FOTO

02, 04, 19
20:49

Azərbaycanda xanım jurnalisti bu vəziyyətə saldılar - FOTO


Müstəqil jurnalist Sevinc Sadıqova bu gün Prezident Aparatı qarşısında peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda jurnalistin özü facebook profilində paylaşım edərək öz izləyicilərinə məlumat verib. Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən də paylaşılmış və jurnalistə qarşı törədilmiş haqsızlıq qınanmışdır. Jurnalist Sevinc Sadıqovanın sözügedən paylaşımını oxucularımıza təqdim edirik: "Prezident Aparatının qarşısında çəkiliş edirdim. Banklar tərəfindən pulları oğurlanan vətəndaşları işıqlandırırdım. Oğru rejim oğru kimi arxadan yaxınlaşaraq barmaqlarımı sıxaraq telefonumu aldılar və çəkilişini dayandırdılar. Qolumu necə burdularsa, elə bil terrorist tutublar. Sağ qolumda dəhşətli ağrı var. Və ciddi-ciddi xəbərdarlıq etdilər ki, bir də səni burda görsək, vəssalam.

P.S. Mənə ən çox təsir edən o oldu ki, işıqlandırdığım insanlardan bir nəfər belə mənə kömək etmədi və gözləri görə-görə məni sürüyüb apardılar" deyə jurnalist sonda qeyd edib.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın