sitename

Tərtərin icra başçısının telefon "oblava"sı

Tərtərin icra başçısının telefon

Azerbaycanrealligi.com xəbər verir ki, Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova səhiyyə ocağına faktiki olaraq rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, G.Əhmədova icra başçısı M.Məmmədova yaxın adam olduğundan, hətta baş həkim Yaşar Hüseynov də ondan çəkinir. Məhz buna görə Hüseynov Əhmədovadan yol verdiyi nöqsanlara görə hesab sora bilmir. Mənbəmizin dediklərindən:

"Kimsə pensiyaya çıxanda, yaxud əlillik veriləndə yeni qərara əsasən həmin şəxs altı ay bülletenə çıxarılmalıdır. Bundan sonra "forma 88" adlanan sənəd yazılır. Altı aylıq xəstəlik vərəqəsi isə yalnız işləyənlərə aiddir. Gülarə Əhmədova isə ucdantutma hamını altı ay saxlayır və onlar ambulator qeydiyyata alınırlar. Səbəb odur ki, kefi belə istəyir. Buna görə də xəstəxanada tez-tez davalar düşür".

Əldə etdiyimiz məlumata görə, bu gün icra başçısı Müstəqim Məmmədov rayon Gənclər Mərkəzində səhiyyə işçiləri ilə görüşüb. Hətta ilk dəfə olaraq iclasa buraxılan səhiyyə işçilərindən mobil telefonları yığılıb. İclasda M.Məmmədov səhiyyə işçilərinə bir sıra tapşırıqlar verib. O, vətəndaşların incidilməməsini həkimlərə xüsusi tapşırıb.

Amma bu tapşırığın yerinə yetirilib-yetirilməməsinə gəlincə, bunu sonrakı proseslər göstərəcək. 

Son vaxtlar qalmaqallı hadisələrdə  adı ən çox hallandırılan icra başçılarından biri də M.Məmmədovdur.  İcra başçısı nəinki mətbuatda, hətta Milli Məclisin tribunası səviyyəsində tənqqid olunan icra başçılarından sayılır. Belə ki, Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həbs olunan dostu, partiyasının Tərtər rayon təşkilatının sədrinin ailəsində baş verən faciə ilə bağlı məlumat yaydı. 

Deputat hazırda həbsdə olan Zülfüqar İbrahimovun Tərtər rayon icra hakimiyyətinin başçısı tərəfindən şərlənərək həbs olunduğunu, şikəst qızının isə aylarla ata həsrəti çəkdikdən sonra dünyasını dəyişdiyini deyib. Belə demək mümkünsə, deputat Fazil Qəzənfəroğlu  Tərtərin icra başçısını hətta ölüm işində ittiham etdi...

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 693
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 259
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 432
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 823
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar