Araz Tİ MMC dələduzluğu: vətəndaşın baş prokurora müraciəti - indi də 27000 ABŞ dollar mənimsənildi

19, 06, 18
10:24

Araz Tİ MMC dələduzluğu: vətəndaşın baş prokurora müraciəti - indi də 27000 ABŞ dollar mənimsənildi

Vətəndaş Xəlilov Yusif Xəlil oğlunun Azerbaycanrealligi.com vasitəsi ilə dövlət qurumlarına açıq muraciəti

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Surəti: Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi cənab Kamran Əliyevə

Bakı şəhəri Xətai rayonu, Cavanşir küç ev.2, mənzil 35 ünvanında yaşayan Xəlilov Yusif Xəlil oğlu tərəfindən

Hörmətli Zakir müəllim, məni qəbul edin!

Sizə müraciət etməyimə səbəb budur ki, 19 oktyabr 2005-ci il tarixində Araz Tİ MMC-nin nizamnaməsinə görə hərəkət edən MMC Araz Tİ-nin direktoru Ədalət Balakişiyevə 47.000 ABŞ dolları məbləğində pulu mühasibin iştirakı ilə(Bakı şəh.,Yasamal Ray.,H.Cavid küç 46, 558 məhəllədəki) 1-ci blok 3-cü mərtəbədən sahəsi 98.5 kv.m olan iki otaqlı mənzilin alınması üçün ödədim. Lakin mənim pulumu alıb sözügedən binadan mənzili vermədilər. Vəzifəli şəxs kimi pulumu mənimsədi. Dəfələrlə bu əməllərindən əl çəkmələrini bildirdim, hər dəfəsində: "narahat olmayın, ya ev verəcəyəm, ya da pulunu qaytaracağam, təki hüquq-mühafizə orqanlarına şikayət etməyin,"-sözlərini eşitdim. Araz Tİ MMC-nin təsisçisi və direktoru mənə hissə-hissə 20.000 ABŞ dolları pul qaytardılar. Lakin bu günə kimi ödədiyim 47.000 USD məbləğin qalmış hissəsi olan 27.000 USD pulumu qaytarmaq istəmirlər. Bir neçə direktor dəyişsə də, eyni əməli törətməkdə davam edirlər. Mən 13 iyun 2018-ci il tarixində saat 11:53-də (Araz Tİ MMC-nin direktoru olmuş məndən pulu mühasibin əli ilə alıb kassaya ödətdirən şəxs) 050 200-45-55 nömrəsi ilə etibarnamə əsasında fəaliyyət göstərən nümayəndəm Orxan Məmmədov əlaqə yaradaraq öyrənmək istədi ki, bu məsələyə onun özü hansı münasibətdədir. (səs faylını qoşmada əlavə edirəm) Ədalət Balakişiyevlə 15 dəqiqə 56 saniyə danışıq səs faylında bildirir ki, həqiqətən, Araz Tİ MMC-nin özünü kölgədə gizlədən sahibi İmişlili Sakit adlı şəxsdir. İmişlili Sakit dələduzluq edərək pulları mənimsəmişdir. Həmçinin, vətəndaşlara Araz Tİ MMC-nin bütün borc öhdəliklərini Əcəmi MMC adına keçirdib müqavilə verərək borc öhdəliklərini qaytaracağına söz versə də, sözü gedən müqaviləni daha sonra ləğv etmişdir. Ədalət Balakişiyev hər bir şeyi səs faylında qeyd edib, sözün düzü, Araz Tİ MMC-nin Əcəmi MMC ilə heç bir bağlılığı olmayıb formal qaydada vətəndaşları aldatmaq üçün belə bir müqavilə tərtib edildiyini bildirdi. Səs faylında hər bir şey dəqiq deyilir. Hörmətli Zakir müəllim ! Göstərilənləri nəzərə alaraq bu işi öz nəzarətinizə götürməklə yuxarıda qeyd olunan xüsusatların araşdırılması məqsədi ilə aidiyyəti üzrə göstəriş verməyinizi, mənim zərərçəkmiş kimi tanınmağımı, vəzifə səlahiyyətlərindən sui-istifadə edən Araz Tİ MMC-nin Sahibi İmişlili Sakit, təsisçisi Ömərov A.Ə və direktorları Ədalət Balakişiyev, Ramiz Qazaxlı barəsində CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və CM-nin 178.3.2, 178.2.2-ci (külli miqdarda və təkrarən dələduzluq) maddəsi ilə cinayət işinin başladılması haqqında qərar qəbul etməyinizi Sizdən xahiş edirəm. Bu məsələ ilə bağlı, həmçinin, ölkə başçısı cənab İlham Əliyevə media, facebook vasitəsi ilə müraciət edəcəyəm, səs faylını Youtube sosial şəbəkə kanalına yerləşdirəcəyəm.

Qoşma: Səs faylı disk 1 ədəd (Araz Tİ MMC-nin direktoru Ədalət Balakişiyevlə danışıq)

Xəlilov Yusif Xəlil oğlu Mob : (070) 213-51-50 Tarix: 18 İyun 2018-ci il

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın