ABŞ Paşinyandan əlini üzür - Bakı üçün mühüm gəlişmə

30, 03, 19
09:25

ABŞ Paşinyandan əlini üzür - Bakı üçün mühüm gəlişmə

Erməni baş nazir “daşları yığmağa” başlayıb, ancaq...; İrəvanın “iki stul” siyasəti tam fiaskoda...

Ermənistanda may inqilabının ildönümü yaxınlaşır. Bu bir ilə yaxın müddətdə heç bir Qərb investoru, hətta xaricdəki zəngin ermənilər “azad Ermənistan”a maraq göstərmədilər, sərmayə yatırmadılar. Çünki baş nazir Nikol Paşinyan vəd elədiyi kimi, işğalçı ölkəni əcnəbi iş adamları və maliyyə qurumları üçün cəlbedici edə bilmədi. Heç Rusiyada olan erməni iş adamları da Ermənistana can yandırmadılar.

Nəticədə inqilabdan keçən müddətdə ölkədə nə işsizlik, nə də yoxsulluq azalıb. Ermənistandan kütləvi köç də səngiməyib, əksinə, artıb. Əhalinin dolanışı yaxşılaşmayıb. Xarici borclar çoxalıb.
Bəs Paşinyanın bəh-bəhlə vəd elədiyi islahatlar niyə alınmır?
Səbəb çox bəsitdir: erməni baş nazir də sələfləri kimi, ölkənin düşdüyü ağır sosial-iqtisadi durumun əsl səbəbi ilə deyil, nəticəsi ilə mübarizə aparır. Səbəb isə bütün ciddiliyi və çılpaqlığı ilə ortada: həll olunmamış Dağlıq Qarabağ problemi və onun yaratdığı fəsadlar - bağlı qalan sərhədlər, erməniləri ölkədən qaçmağa vadar edən müharibə vəziyyəti, Rusiyadan ildən-ilə güclənən vassal asılılığı.              
Sadalanan reallıqlar fonunda erməni baş nazirin bu günlərdə Qərbdən - ABŞ və Avropa Birliyindən giley-güzar eləməsi, yumşaq desək, qəribə görünür. O Qərb ki, onun rəsmiləri az qala bir ildir Paşinyanı baş sala bilmirlər ki, Ermənistanın xilas və inkişaf yolu Rusiya ilə hərbi-siyasi ittifaqda yox, qonşularla dinc-yanaşı, sülh və anlaşma içində yaşamasında, öncəliklə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasındadır.     
*****
“ABŞ Ermənistandakı inqilabın mahiyyətini heç cür dərk etmədi”. Bu sözlər Nikol Paşinyan Vyana səfəri öncəsi son açıqlamalarından birində deyib. ABŞ-ın rəsmi İrəvanın Rusiyayönümlü siyasət yürütməsi ittihamlarına isə o, belə cavab verib: “ABŞ Ermənistandakı inqilaba cavab tapa bilmədi. Bu barədə amerikalı rəsmilərə də dedim ki, Ermənistanda baş verənlərə sıfır reaksiya verdilər. Çünki ölkəmizin müstəqilliyinin bizim üçün önəmli olduğuna inanmırlar”.

Göründüyü kimi, Ermənistanın inqilabçı rəhbəri öz gözündəki “tir”i götürmək əvəzinə, başqasının gözündə “tük” axtarır. Hələ üstəlik, ABŞ-a minnət qoyur, olmayan dəyərini qaldırmaq istəyir. Halbuki, Paşinyanın “məxməri inqilab” sayəsində Serj Sərkisyanı devirib hakimiyyətə gəlməsində Birləşmiş Ştatların, Amerikanın İrəvandakı səfirliyinin mühüm rol oynadığı sirr deyil.

ABŞ inqilaba bu dəstəyi yeganə o səbəbə vermişdi ki, yeni hakimiyyət Ermənistanın Rusiya qarşısında müstəqil xarici siyasət kursuna üstünlük verəcək, Rusiyadan asılılığı minimuma endirmək üçün gərəkən addımlar atacaq, bundan ötrü də ilk növbədə də Qarabağ məsələsində konstruktiv mövqe nümayiş etdirəcək. Amerika aydın şəkildə ona onu da işarə vurmuşdu və vurur ki, yalnız bundan sonra Ermənistan ABŞ-ın böyük sərmayələrinə ümid bəsləyə bilər.
Pashinyan USA ile ilgili görsel sonucu
O sırada ötən ilin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən Ermənistanın yeni hakimiyyətini Rusiya yönlü siyasət yürütməkdə ittiham edərək onu ənənəvi xarici siyasətdən imtina etməyə, Azərbaycan və Türkiyə ilə anlaşmaq, regiondakı inteqrasiya proseslərinə və meqa-layihələrə cəlb olunmaq üçün Qarabağ məsələsinin həlli yönündə real addımlar atmağa çağırmışdı. Az sonra - bu ilin yanvarında prezident Donald Tramp baş nazir seçilməsi münasibəti ilə Paşinyana göndərdiyi təbrik məktubunda eyni ismarışı təkrarladı, “Ermənistan öz qonşuları ilə əlaqələri qaydaya salmadan ABŞ-la əlaqələr inkişaf  etməyəcək” sərt xəbərdarlığını elədi.
PaÃÂinyan USA ile ilgili görsel sonucu
Nikol Paşinyan isə əfsus ki, bu mesajları yanlış anladı, Dalıq Qarabağ ixtilafının həllində nəinki konstruktivlik göstərmədi, əksinə, özünün absurd və qeyri-real tələbləri və bəyanatları ilə sələflərindən də sərt bir kurs götürdü. Oğlunu işğal altındakı torpaqlara hərb xidmətə göndərdi, Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaq tələbi irəli sürüb Ermənistanı işğalçı siyasətin məsuliyyətindən yayındırmağa uğursuz cəhd elədi, Xankəndində ilk dəfə nümayişkaranə şəkildə Ermənistan Təhlükəsizlik Şurasının toplantısını keçirməklə daha bir bəd ilkə imza atdı. Nəticədə münaqişə zonasında müharibə riski, Rusiyadan asılılıq azalmaq əvəzinə artdı. Üstəlik, yeni hökumətin qəbul elədiyi proqramda əvvəlki kimi, Rusiya Ermənistanın əsas təhlükəsizlik qarantı və xarici siyasət prioriteti elan edildi.

Bu azmış kimi, Paşinyan hökuməti narazı Kremlə xoş gəlmək üçün Moskvanın istəyi ilə Suriyaya humanitar-hərbi kontingent göndərdi və bununla da ABŞ-ın sərt etiraz bəyanatına tuş gəldi. Dövlət Departamentinin yaydığı bəyanatda “Ermənistan Rusiya kimi zalım Əsəd rejiminə dəstək verməkdə” ittiham olundu...

Beləcə, Nikol Paşnyanın hiyləgərcəsinə düşündüyü, “qoy bir əlimizdən Rusiya, o birindən Qərb tutsun, biri bizə silah-sursat versin, o biri maliyyə” hədəfinə hesablanmış “iki stul” siyasəti tam fiaskoya uğramış sayıla bilər. Çünki artıq aydındır ki, ABŞ Nikol Paşinyandan əlini üzür.
Bu, Bakı üçün mühüm gəlişmə sayıla bilər. Həm də o səbəbə ki, Azərbaycan vassal Ermənistandan fərqli olaraq, balanslı siyasət yürüdür, Qərbin, ABŞ-ın “ayağını” tapdamır. Ölkəmizin Avropa üçün, Qərb üçün ildən-ilə artan energetik, geosiyasi önəmi də öz yerində.
Bu reallıqlar fonunda Nikol Paşinyan deyəsən “daşları yığmağa” başlayıb. Gec deyil?..

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın