Paşinyanın başı dərddə: iş yerləri əvəzinə cinayət işləri, artan xarici borclar

16, 03, 19
10:20

Paşinyanın başı dərddə: iş yerləri əvəzinə cinayət işləri, artan xarici borclar


“Cənnət nağılları” dövrü bitir, yeni hökumət də borclanmaya gedir - səbəb; işğalçı ölkə tezliklə qarışa bilər; erməni nəşrindən baş nazirə söyüş kimi irad: “Belə dəvəquşu mövqeyi ona yaxşı heç nə vəd eləmir...”

Cəmi ayyarım sonra Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişinin 1 ili tamam olacaq. Ancaq bir ilin tamamı çatmamış Paşinyan ölkə daxilində sərt ictimai qınaqlara tuş gəlməkdədir. Əsas narazılıq da sosial-iqtisadi xarakterli, o cümlədən iş yerləri ilə bağlıdır.
İndi az qala hər gün paytaxt İrəvanda bu qəbildən etiraz aksiyaları, narazı adamlarla hakimiyyətin güc strukturları nümayəndələrinin toqquşmaları baş verir. Məsələn, İrəvandakı Opera və Balet Teatrı binasının yaxınlığında fəaliyyət göstərən kafenin sökülməsi şəhər sakinlərinin etirazına səbəb olub. Aksiyanın qarşısını almaq istəyən polislə nümayişçilər arasında insident yaşanıb. Etirazçılar arasında olan “Çiçəklənən Ermənistan” fraksiyasından millət vəkili Naira Zöhrabyanın da ayağı sınıb.
Dünən aksiyanda nümayişçilərə güc tətbiq edən polisin aqibətinə aydınlıq gətirilib. O, vəzifəsindən qovulub. Bu barədə Ermənistan polisi məlumat yayıb. Həmçinin, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Araşdırmalardan söz düşmüşkən, o da məlum olub ki, keçən il Ermənistanda dövlət məmurlarının yol verdikləri dələduzluq hallarına görə 189 material araşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 23,6 dəfə çoxdur. Ermənistan KİV-i xəbər verir ki, bu haqda Baş Prokurorluğun 2018-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə illik hesabatında bildirilib. Rəsmi şəxslərlə bağlı cinayət işləri daha çox dələduzluq faktları üzrə qaldırılıb.
Ötən il Ermənistanda məmurlarının dələduzluğuna dair 145 cinayət işi başlanıb. Bu da 2017-ci illə müqayisədə 29 dəfə çoxdur. 2018-ci ildə xidməti vəzifəsindən sui-istifadə edərək dövlət əmlakının mənimsənilməsi üzrə 447 material hazırlanıb. 2017-ci ildə isə bu rəqəm 377 olub. Dövlət əmlakının mənimsənilməsi işi üzrə 487 cinayət işi araşdırılıb, 171 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu göstərici 2017-ci illə müqayisədə 2 dəfə (!) çoxdur.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàPaÃÂinyan
2017-ci ildə səlahiyyət həddinin aşma maddəsi üzrə 67 cinayət işi başlanılıb. Keçən il isə bu rəqəm 164 olub. Baş Prokurorluq bildirib ki, 2017-ci ilə müqayisədə korrupsiya üzrə cinayət işlərinin sayı 2018-ci ildə 3,6 dəfə artıb. Nəticədə dövlətə 9,4 milyon dollar ziyan vurulub. Hesabat ilində 17 polis, Dövlət Gəlir Komitəsinin 14, İstintaq Komitəsinin 10, Milli Təhlükəsizlik Xidməti və Ermənistan Silahlı Qüvvələrinin 4, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin 15, səhiyyə sahəsinin 14, təhsil sahəsinin 35, Sosial Təminat Nazirliyinin 56, yerli özünüidarəetmə orqanlarının 73, Müdafiə Nazirliyinin 131 əməkdaşı və s. cinayətə məsuliyyətinə cəlb ediliblər.

Beləcə, Ermənistanda yeni iş yerləri əvəzinə cinayət işləri artıb. Elə dövlət borcu da artmağa başlayıb. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda “Joxovurd” qəzeti yazıb.
“Ermənistanın xarici dövlət borcu yenidən böyüməyə başlayıb. Belə ki, 2019-cu il fevralın 28-cı olan məlumata əsasən, dövlət borcu 6 milyard 943 milyon dollar olub. İlin əvvəlinə isə bu rəqəm 6 milyard 922.9 milyon dollar idi. Başqa sözlə, iki aya borclar 20.7 milyon artıb”, - deyə qəzet təşvişlə qeyd edib.
ÃÂþÃÂþöõõ ø÷þñÃÂðöõýøõ
Erməni nəşri öz etibarlı mənbəyinə istinadən daha sonra yazıb ki, göstərilən məbləğin böyük hissəsi hökumətin payına düşür və 6 milyard 393.6 milyon dollar təşkil edır, onun da 4 milyard 977.2 milyon dolları xarici borclardır. “Əlamətdardır ki, Nikol Paşinyan hökuməti əvvəllər dövlət borcunu azaltmaq siyasətinə köklənmişdi və yeni  kredit vəsaitləri götürməkdən imtina edirdi. Ancaq indi hökumət yeni borca girmək zorunda qalıb. Sadəcə, əvvəlki hökumətlərdən fərqli olaraq, indiki hökumətin götürdüyü borc vəsaiti hələlik böyük deyil”, - deyə qəzet əlavə edib.

Qeyd edək ki, Ermənistanın 2019-cu il üçün dövlət büdcəsi təxminən 3 milyard dollar nəzərdə tutulub (Azərbaycanınkı 22 milyard dollardır). Bu isə o anlama gəlir ki, işğalçı ölkə öz dövlət büdcəsindən iki dəfə böyük borclanma yükü altındadır. Borcun Nikol Paşinyan dönəmində də artması isə indiki hökumətin islahat proqramının iflas olacağının daha bir bariz xəbərçisi sayıla bilər. Çünki bu, ən azından ölkədə sərmayə mühitinin inqilabdan sonrakı dönəmdə də yaxşılaşmadığını göstərir. Hətta xaricdəki zəngin erməni iş adamları N.Paşinyanın israrlı çağırışlarına, “korrupsiya və oliqarxiyanın məhv edildiyi” haqda zəmanətinə rəğmən, işğalçı ölkəyə böyük investisiya yatırmağa həvəs göstərmirlər.
Az öncə mötəbər beynəlxalq maliyyə təşkilatları Paşinyan Ermənistanı üçün də ümidverici proqnoz verməmişdi - nə daxili iqtisadi artım, nə də maliyyə göstəriciləri və xarici sərmayələrlə bağlı. Əsas səbəb bəlli: Nikol Paşinyan dönəmində də Ermənistanın Rusiyanın siyasi-hərb və iqtisadi asılılığında qalması, onun orbitindən çıxmaq istəməməsi və həll edilməyən Dağlıq Qarabağ konfliktinin yaratdığı ağır blokada rejimi.
Beləliklə, Nikol Paşinyanın onu hakimiyyətə gətirən ac-yalavac xalqa verdiyi vədlər rəsmən fiasko mərhələsinə girir, “cənnət nağılları” başa çatır. Erməni KİV-lərindən birinin yazdığı kimi, bir azdan o, “Məhşər ayağı”na çəkiləcək. Başdan böyük, şirin vədlər verməyə nə var ki...

“Paşinyan və onun hökuməti ağır vəziyyətə düşüb. Onları indi təkcə tənqid eləmirlər, həm də onlarla toqquşmalara girirlər - nəyi ki, cəmi yarım il öncə heç ağla da gətirmək mümkün deyildi”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözlər tirajlı erməni KİV-i olan armenianreport.com-un dünənki baş məqaləsindəndir.

“Nikol Paşinyan isə özünü elə aparır ki, sanki heç nə görmür və eşitmir. Belə dəvəquşu mövqeyi isə ona yaxşı heç nə vəd eləmir. Xalq Paşinyana böyük etimad mandatı verib, o ümidlə ki, gözləntiləri doğruldacaq, onu yaşayışını yaxşılaşdıracaq. Amma hələ ki, hökumətin əksər addımları cəmiyyətdə ağrılı reaksiyalar verir. Bir ara hökumətin iclasında Nikol Paşinyan jurnalistlərə bəyan eləmişdi ki, əgər ictimai dəstəyi itirsə, öz postundan gedəcək. ”Nə qədər ki, ictimai dəstəyim var, onu ölkənin inkişafı üçün istifadə edəcəyəm" söyləmişdi. Ancaq cəmiyyəti qəzəbləndirməyə və onu öz dəstəyin çəkmək həddinə çatdırmağa dəyərmi?"
Erməni baş nazirin bu suala cavabı yəqin ki, çox gecikməyəcək.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın