DTX-dən mühüm əməliyyat - Azərbaycanı yarıya bölmək istəyən separatçı Bakıda hava limanında qandallandı

02, 03, 19
10:16

DTX-dən mühüm əməliyyat - Azərbaycanı yarıya bölmək istəyən separatçı Bakıda hava limanında qandallandı


6 ay öncə Rusiyada saxlanılan Fəxrəddin Abbasov Azərbaycana deportasiya edildi  və istintaqa cəlb olundu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.
Bu barədə martın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Məlumatda deyilir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb edilib.

Abbasov FÃÂxrÃÂddin FÃÂrman oÃÂlu ile ilgili görsel sonucu
Hazırda Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.
Xatırladaq ki, “Tolişi Sədo” qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbasov (özünü Fəxrəddin Aboszoda kimi təqdim edir-red.)  2018-ci il sentyabrın 6-da Moskva vilayətinin Moskva vilayəti Lyuberetsk  rayonunda həbs olunub. O, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və bunun əsasında saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Lakin fevralın 28-dək onun Azərbaycana təhvil verilməsi reallaşmamışdı.

F.Abbasov separatçı Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə yaradılmış qondarma “Talış-Muğan Respublikası Milli Məclisinin sədri” təyin olunmuşdu. Ölkə ərazisinin bölünməsinə yönəlmiş separatçı fəaliyyətinin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbasov uzun müddət idi xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus KİV-də də Azərbaycana qarşı separatçı çıxışlar edib. F.Abbasovun Ermənistan xüsusi xidmət orqanlarının agenti olduğu bildirilir.
Dəfələrlə İrəvanda tədbirlərə qatılan F.Abbasov Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif “cinayətlər, repressiyalar, təqib”lərdə suçlayıb.
Onun beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə Azərbaycanın Baş Prokurorluğu çıxış etmişdi. 14 iyul 2018-ci ildə onun haqqında cinayət işi açılmış və barəsində həbs qərarı verilmişdi.  O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
ÃÂlÃÂkrÃÂm HümbÃÂtov ile ilgili görsel sonucu
Ələkrəm Hümbətov 

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hüquqi yardım sənədi var. Bu sənəd əsasında uzun müddətdir hüquqi əməkdaşlıq edilir. Adətən ekstradisiya məsələləri uzun çəkmir. Praktika göstərir ki, təxminən bir-iki həftəyə həyata keçirilir. Lakin Fəxrəddin Abbasov məsələsinin 6 aya yaxın ləngiməsi belə rəylər yaradırdı ki, burada siyasi məqamlar var. Amma nəhayətdə o, Azərbaycana deport edildi və həbs olundu...
F.Abbasovun Azərbaycana, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı çoxsaylı çıxışlarının, hərəkətlərinin, çağırışlarının olduğunu təsdiqləyən kifayət qədər sübutlar var. İstənilən şəxs facebook-da, müxtəlif internet resurslarında araşdırma verməklə də buna şahid ola bilər. Fəxrəddin Abbasov Azərbaycan Konstitusiyasını pozan çağırışlar, çıxışlar edib. Bunu edən istənilən vətəndaş qanun qarşısında cavab verməlidir. Azərbaycan vətəndaşısansa bu ölkənin qanunlarına tabe olmalısan.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın