Azad Rəhimovun seçdirdiyi “İlin gənci” xalqı təhqir etdi: - “Millətin əxlaqı tükənib”

06, 06, 18
20:04

Azad Rəhimovun seçdirdiyi “İlin gənci” xalqı təhqir etdi: - “Millətin əxlaqı tükənib”

Azad RÉhimovun seçdirdiyi âÄ°lin gÉnciâ xalqı tÉhqir etdi: - âMillÉtin Éxlaqı tükÉnibâ
Azərbaycanda fətullahçıların “perspektivli gənc”i millətə meydan oxudu.

Yenicag.az xəbər verir ki, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov özünün Feysbuk hesabında xalqa əxlaq dərsi keçmək cəsarəti göstərib.

Fərəcov paylaşdığı statusda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Uşaq festivalı”nda azyaşlıların bayramı doya-doya yaşamasına qəzəblənib. Onun qrammatik səhvlərlə zəngin olan şərhini mümkün qədər abıra salaraq diqqətinizə çatdırırıq:

“Buyurun, baxın, insanlarımızda ictimai mədəniyyət belə formalaşıb. Uşaq, yaxud da böyük – hamısı eyni haldadır. Avtobusda, metroda, məktəbdə, restoranda, hər yerdə… Səbəb isə sadədir: ictimai tərbiyənin olmaması. Bu da ailə tərbiyəsinin zəif olmağından irəli gəlir.

Kiməsə də bunların səhv olduğunu izah edəndə, peşman olursan. Uşaqları döyməklə, onlara qışqırmaqla tərbiyə etmək olmaz. Azərbaycanda ictimai mədəniyyət bərbad haldadır. Nə tərbiyə qalıb, nə mədəniyyət. Avropalaşmağın və yaxud qlobalaşmanın bu məsələyə aidiyyəti yoxdur. Mənəviyyatı və əxlaqı artıq tükənib millətin!”

Göründüyü kimi, Gimnastika Məktəbinin direktoru uşaqların bayramını həzm edə bilməyərək, tədbirin izdihamlı və çərçicvələrdən kənar axarda getməsinə çox qəzəblənib.

Əslində isə Uşaq Bayramında “ağsaqqal ortamı” kimi sakit, ətalətli tədbirin nəzərdə tutulması məntiqdən uzaq yanaşma olardı. Hər halda, uşaqlar üçün belə əyləncəli tədbirlərin hər gün təşkil edilmədiyini diqqətə alsaq, balacaların, həmçinin onların valideynlərinin öz sevinclərinə sərhəd qoymamaları çox normaldır.

Digər tərəfdən, azyaşlılardan ixtiyarlara xas davranış gözləmək nə dərəcədə doğrudur? Uşaqlar qaçacaq da, oynayacaq da, lap sıxlıq da yaradacaqlar… Buna kimin nə sözü ola bilər? Yoxsa əyləncə Fərəcovun və onunla həmfikir olan, xalqın istirahət hüququnu tanımayan harın məmurlarla, onların övladlarının alnına yazılıb?

Ancaq Fərəcov üçün əsas olan məntiq və uşçaqların sevinci yox, tədbir adının qarşısına qoyulacaq “qaloçka” işarəsidir. Bu baxımdan,

Gimnastika Məktəbi direktorunun bu tövrü başadüşüləndir.

Təbii ki, bu şəxsin millətə meydan oxuyacaq qədər irəli gedən cəsarətini haradan və kimdən aldığına nəzər salmadan keçmək olmaz. Sözsüz, ixtisaslaşmış bir idman məktəbinin rəhbəri güvəndiyi yer olmasa, onu hədəfə gətirəcək paylaşım etməz.

Fərəcovun “ulduz”u vaxtilə ölkədə gənclər təşkilatlarının formalaşdırılması və kurasiya edilməsində söz sahibi olan, FETÖ terror şəbəkəsinin Azərbaycandakı emissarlarından olan Elnur Aslanov və Ceyhun Osmanlının sayəsində parlayıb.

Məhz onların dəstəyi ilə ən kütləvi gənclər təşkilatı sayılan “İrəli” İctimai Birliyi Nəzarət-Təftiş komissiyasının sədrliyinə qədər yüksələn Fərəcov dəyəri yüz minlərlə manat olan irihəcmli layihələrin icrasında əsas fiqurlardan biri kimi çıxış edib. Eyni zamanda, Bakıda keçirilən Birinci Avropa Oyunları (2015), Formula 1 və digər beynəlxalq mədəni-idman tədbirlərində “gənclərin səfərbərliyi” ilə məşğul olan Fərəcovun mənimsədiyi vəsaitlərin həcmi ilə bağlı əfsanələr dolaşır.

Ancaq 2014-cü ildə FETÖ-nün Azərbaycan şəbəkəsinin çökdürülməsilə, əsas himayədarları olan Aslanovla Osmanlının rəsmi statuslarını itirmələri Fərəcovun karyera irəliləyişinə mane olmayıb.

Bu dəfə gənclər və idman naziri Azad Rəhimovla onun müavini İntiqam Babayevin himayəsinə sığınan Fərəcov yeni hamilərinin təkanı ilə yüksəlişini davam etdirib. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru postuna gətirilən FETÖ-çülərin yetirməsi qısa müddətdə Rəhimov-Babayev tandeminin əsas “iş icraçıları”ndan biri olmağı bacarıb.

O, xüsusilə, yerli tərəfdaşı Azad Rəhimovun oğlu Arif Rəhimov (“Baku Grand Prix” şirkətinin rəhbəridir ) olan Formula 1 yarışlarının təşkilinə ayrılmış irihəcmli büdcə vəsaitlərinin “təmizlənməsində” də özünü “bacarıqlı kadr” kimi göstərib.

Fərəcovun bu ilin fevralında Azad Rəhimovun təqdimatı əsasında 2018-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif edilməsi nazirin ona yüksək etimadının təsdiqi sayıla bilər.

Lakin budur, Rəhimovun təqdimatı və Prezident sərəncamı ilə “İlin gənci” seçilən Fərəcov öz hamilərindən cəsarət alaraq, xalqa əxlaq və davranış dərsi keçməyə qalxıb. Lakin adam fərqində olmayıb ki, özündə olmadığı keyfiyyətlər barəsində millətə mühazirə oxumaq onun həddi və səviyyəsi deyil. Arxasında dayandığı Rəhimova güvənərək, millətə “əlcək atmağın” bədəli isə nə zamansa, veriləcək…

Bizimlə əlaqə saxlayın