Elçibəyin qardaşı oğlu: "Elçibəy ailəsi adından Mübariz Məsimova təşəkkürümü və minnətdarlığımı bildirirəm".

30, 01, 19
11:25

Elçibəyin qardaşı oğlu: "Elçibəy ailəsi adından Mübariz Məsimova təşəkkürümü və minnətdarlığımı bildirirəm".



Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov gəmilərindən birinə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin adını verəcək. 

Bununla baglı Azerbaycanrealligi.com eks prezdentin qardaşı oğlu Hürrü Əliyevlə əlaqə saxlayaraq iş adamının bu jestinə Elçibəy ailəsi adından münasibətin öyrənib. O, Mənsimova bu addımına görə minnətdarlığını bildirib:

"Mübariz Mənsimovun bu təsəbbüsünü alqışlayırıq və yüksək dəyərləndirik. Bir azərbaycanlının, xüsusilə də iş adamının millətinin milli dəyərlərinə və milli liderlərinə göstərdiyi bu yüksək ehtiram uca tutulmalı və alqışlanmalı bir haldır. Şəxsim, Elçibəy ailəsi, Elçibəy sevərlər və xalqımız adından Mübariz bəyə bu təşəbbüsü üçün dərin təşəkkür və minnətdarlığımı bildirirəm".

Azerbaycanrealligi.com


.

Bizimlə əlaqə saxlayın