sitename

İcra başçısı göyçaylıların gününü “göy əski”yə büküb - reportaj

“Nar paytaxtı”nda yollar bərbad, şəhər zülmət və zibillik, su boruları satılıb, yaşıllıqlar məhv olunub - əməkdaşımızın qeydləri...

 ...Azərbaycanın “nar paytaxtı” - Göyçaydayıq. Bizi həftəsonu bura gətirən səbəb bölgədən saysız-hesabsız şikayətlər, narazılıqlar olmasıdır.
İstər onlayn mediada, istərsə sosial şəbəkələrdə göyçayıların davamlı olaraq rayondakı sosial problemlərdən, icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin özbaşınalıqlarından yazdıqları bizi deyilənləri yerindəcə araşdırmağa məcbur elədi. 
Dövlət başçısı da nöqsanların göstərilməsində ictimai nəzarətin vacibliyini vurğulamışdı, məmurların özbaşınalıqlarından bəzən mətbuat vasitəsi ilə xəbər tutduğunu bildirmişdi.
Elə son dövrlərdə yerli icra strukturlarında edilən dəyişikliklərin ana xəttini də məhz əyalət “padşah”larının necə işləməsi təşkil edir. Hansı bölgədən daha çox şikayət gəlirsə, çox çəkmir ki, ora əl gəzdirilir və yeni icra başçısı ilə əvəzlənir.
Prezident Nazirlər Kabinetinin son iclasında da qeyd etmişdi ki, kadr və struktur islahatları davam edəcək: “Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.
Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü".
Bu baxımdan Göyçayda olarkən şahidi olduğumuz problemlər, ayrı-ayrı sakinlərin söylədiyi məsələlər dəyişikliyi qaçılmaz edir. Çünki göyçaylılar icra başçısı Mehdi Səlimzadənin idarəçiliyindən cana doyublar...
2 (1).JPG (4.50 MB)
Bərgüşad yolu - Suriyanı xatırladır

Sakinlərin sözlərinə görə, M.Səlimzadənin gəlişi ilə Göyçayda zərrə qədər irəliləyiş olmayıb: yollar bərbad, şəhər axşamlar zülmət, abadlıq-quruculuq yox, hər yer zibil dağları, işıq dirəkləri əyilib, yaşıllıqlar məhv olunub və s.
Göyçaylılardan əvvəlcə öyrənirik ki, rayondan Ucara, Kürdəmirə aparan Bərgüşad yolunun pulu mənimsənilib.
Bu yolun asfaltlanmasına 150 mindən çox vəsait ayrılıb. Amma iki ildir ki, yol düzəldilmir. Rayon sakini Kazım yolun cəmi 1-2 kilometrinin düzəldildiyini bizə göstərir: “Baxın, yolu ala-bula düzəldib, qalanı kələ-kötürdür. Bilirsiz niyə? Çünki başçı həmin pulu həzm-rabedən keçirdib.
Bu cür əhəmiyyətli yol iki ildir düzəldilməlidir, ortada heç nə yoxdur. Bu yol Ucara, Kürdəmirə gedir. Kürdəmir yolu ilə Bakıya gedənlər bu yoldan istifadə edir Həmçinin, rayonun 10-dan çox kəndi bu yolun üstündədir, nəqliyyatın intensiv hərəkət etdiyi istiqamətdir. Mehdi müəllimi isə burada zülüm çəkən insanlar maraqlandırmır".
5.JPG (4.89 MB)
Çinar ağaclarına qətliam, kəndlərdə boru alveri...

Kazım deyir ki, Potu kənd ərazisində də ağaclar kəsilib. Kəndə gedərək həmin yaşıllıq massivini sakinlərdən soruşuruq. Deyirlər ki, bu ərazidə köhnə su boruları olub.
Onların tərkibi misdir, yəni qiymətlidir. Həmin su borularını çıxarıb satırlar. Bu işi görəndə yüzillik çinar ağaclarını kəsiblər, məhv ediblər: “Sizcə bunu kim edəcək? Əlbəttə ki, icranın işidir. Bir akt tərtib ediblər, protokollaşdırıblar, vəssalam. Köhnə boruları oradan çıxarmaq, satmaq kimin yadına düşər? Axı orda heç bir iş görülməyəcək?! İndi yaxşı boruları satırsız, heç olmasa işi səliqəli görün də. Elə vəhşiliklə ediblər ki, çinar ağaclarını da məhv ediblər. Bu adamlar elə bil təbiət düşmənləridir”.
Eyni işi Mirzəhüseynli kəndində də həyata keçiriblər. Əkin torpaqlarının suvarılması üçün sovet vaxtı Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib. Bələdiyyə sədri saxta akt tərtib edərək texnikaları qazıb çıxartdırıb, satdırıb.
Göyçay sakinləri Bığır kəndində də “boru əməliyyatı” olduğunu söyləyirlər. 100 kilometr su borularını satıb 700 min manat qazanc əldə olunub.
7.JPG (4.58 MB)
Rayon zibillənib, İH-nin arxasındakı zibillik isə “göz deşir”

Rayonda diqqətimizi çəkən antisanitariyanın olması, hər yerin zibillik olmasıdır. Göyçay küçələrində zibil qutuları tapa bilməzsiniz.
Hər addımbaşı qida tullantıları qalaqlanıb. Məscidin yaxınlığında, Əli Kərim küçəsində, 17-ci əsrə aid yeraltı hamam olan tarixi abidənin qarşısı zibilliklərlə əhatələnib. Hamamın qarşısındakı ağaca vurulan xəbərdarlıqda zibil atmamaq tələb olunur.
Amma zibil dizə qədərdir. Çünki bir zibil qutusu belə yoxdur. Ən əsası bu zibillik Rayon İcra Hakimiyyətinin binasının arxasında da özünə “yer tapıb”.

Göyçay RİH-nin arxasında, orta məktəbin yanında zibillik göz deşir, amma nə rəhbərliyin, nə Kommunal Təsərrüfat İdarəsinin vecinədir.
Sakinlər şikayətlənirlər ki, Göyçay zibilliyə qərq olub, əhalinin sağlamlığı təhlükədədir. Azyaşlı uşaqlar zibillikdə oynayır, küçə itləri çoxalıb.
Göyçay Kommunal Təsərrüfat İdarəsində 40-a yaxın işçi var. Hər ay evlərdən zibil pulu adı ilə 1 manat yığılır. Bu da ayda 15.000 manatdan çox edir. Çünki Göyçayda 15-20 min arası ev olduğu deyilir.
4.JPG (5.39 MB)
Qopan fasad örtükləri, solan palmalar və “Perron”

Göyçayın baxımsızlığı fasad örtüklərinin sökülüb qopmasında özünü xüsusi göstərir. Keyfiyyətsiz görülən “abadlığın” nəticəsidir ki, örtüklər qopub, rayona gələn qonaqların ilk diqqətini də çəkən bu rüsvayçı mənzərə olur.
Sakinlər bildirirlər ki, M.Səlimzadə bu yoldan hər gün xidməti maşınında keçir və fasadların nə gündə olduğunu yaxşı görür, amma əlini ağdan qaraya vurmaq, o qopuq yerləri bərpa etdirmək ağlından keçmir.
Əgər İH rəhbərinin fikrindən abadlıq işləri keçsəydi, axşam 5-dən sonra zülmətə bürünən Göyçayın işıqlandırılması üçün göstəriş verərdi, avtovağzalın yanında əkilən və rayonun iqliminə heç bir dəxli olmayan solmuş palmaların yerində ağaclar əkdirərdi. Göyçay Ərəbistan deyil ki, palma əkəsən...
10.JPG (4.22 MB)
Avtovağzal demişkən, yenicə istifadəyə verilən avtovağzalın adı rayonda lağ-lağı obyektinə çevrilib. M.Səlimzadə “kreativ” ideya fikirləşərək Göyçayla əlaqəsi olmayan bir sözü - “Perron” adını avtovağzala verdirib.
“Perron” sərnişin platforması deməkdir. Sakinlər isə təklif edirlər ki, əvvəlcə Göyçay abadlaşdırılsın, rayon müasirləşdirilsin, fermerlərin, kəndçilərin, sahibkarların işinə şərait yaradılsın, sonra vağzala əcnəbi ad vermək olar.
Sakinlər deyir ki, rayonda biznes mühiti boğulub, investisiya yatırmaq istəyən iş adamlarına süni əngəllər yaradılır, aqrar sektor inkişaf eləmir. Göyçaylıların əsas məşğuliyyəti nardır.
3+.JPG (4.94 MB)
Sakinlər isə deyirlər ki, sonuncu Nar bayramı festivalında onların başına gətirilənlər bir dərs olub. Nar bayramına sponsorluq edilməsinə baxmayaraq, icra başçısının göstərişi ilə hər piştaxtadan günə 50-100 manat alıblar.
Üç gün davam edən festivala görə başçı hər piştaxtadan 200-300 manat qazanıb. Təqribən 200-250 piştaxta olduğunu nəzərə alsaq, böyük qazanc götürülüb. Halbuki, festivalın xərcləri sponsorlar tərəfindən ödənilmişdi.
Bir sözlə, Göyçay prezidentin elan etdiyi kadr islahatına ehtiyacı olan əyalətlərdən birinə çevrilib və yuxarıda göstərdiyimiz sosial problemlər girdabında boğulan rayon camaatının gözü siyasi rəhbərliyə dikilib...
11.JPG (4.96 MB)
8.JPG (3.69 MB)

Azerbaycanrealligi.com


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 598
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 140
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 352
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 725
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar