Məscidə sığınan ailə - VIDEO

27, 01, 19
10:41

Məscidə sığınan ailə - VIDEO


62 yaşlı ana və 25 yaşlı qızı - Bağırovlar özlərinə sığınacaq axtarırlar... Axşama doğru getdikcə evləri daha da soyuyur deyə, qala bilmirlər. Evə

girər-girməz rütubət qoxusu hiss edilir. Xalidə Bağırova 11 aylığından qızının qolunu masaj edir.
Qızı Məryəm Bağırovanın körpəlikdən qıcolması var.
İmkansızlıqdan onun müalicəsi yarım qalıb
25 il öncə həyat yoldaşını itirəndən həyatından problemlər əskik olmayıb.
Xalidə Bağırovanın 25-26 yaşlarında olan iki övladı xəstəlikdən əziyyət çəkir.
Məryəmin günü yatağında ya pişiyi ilə oynamaqla, ya da televizora baxmaqla keçir.
Oğlu infarkt keçirəndən sonra işləyə bilmir.

Xalidə Bağırova vaxtilə 14 il Şüşə Zavodunda işlədiyi üçün 147 manat pensiya alır. Bu da evə gələn yeganə gəlirdir.
Ailə sosial yardım almaq üçün dövlətə üz tutsa da, cavab verilməyib. Ona yardım düşürsə də, bunu necə edəcəyini bilmir.
Yağan yağış çox keçmir ki, bu soyuq evə qonaq olur.
Yağış və soyuq evə dolduqda, Bağırovlar evi tərk edir və yaxınlıqdakı məscidə sığınır. Deyir ki, tək ümid yeri də elə bu məsciddir.

VİDEO


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın