sitename

Azerbaycanrealligi.com məhkəməyə verildi, 10 000 min AZN təzminat tələb olunur. Dəyanət Babayev: "Salam Tur" sifarişlə məhkəməyə müraciət edib"


Dəyanət Babayev

Azerbaycanrealligi.com xəbər saytının baş redaktoru Dəyanət Babayev məhkəməyə verilib. Bu haqda onun özü məlumat verib. İddiaçı şəxs "Salam Tur" şirkətdir. Şirkət Kəlbəla və Məşhəd ziyarətlərini təşkil etməklə məşğuldur. Azerbaycanrealligi.com saytı 05.11.2018-ci il tarixli buraxılışında "Kərbəla ziyarətinə gedən gənc İraqda həbs olundu.  Buraxılması üçün 6800 ABŞ dolları tələb olunur" başlıqlı yazı dərc etmişdir. Adı çəkilən yazıda "Salam Tur" şirkətinin rəhbəri Dadaşov Nurlan İslam oğlunun adına və şirkətin işgüzar nüfuzuna ziyan dəydiyi iddia olunur. Belə ki, Azerbaycanrealligi.com saytından yazının silinməsi və təkzib verib üzr istənilməsi, saytın Dadaşov Nurlanın işgüzar nüfuzuna dəymiş ziyana görə 5 000 min AZN, "Salam Tur" şirkətinin işgüzar nüfuzuna dəymiş ziyana görə isə 5 000 min AZN, ümumilikdə 10 000 AZN cərimə olunması tələb olunur.

Məsələ ilə bağlı Dəyanət Babayevin sözlərinə görə bildirək ki, "görünür, son zamanlar azad mətbuata qarşı hücumlar səngimək bilmir, elə biz də bunu gözləyirdik. Əvvəla, qeyd edim ki, sözügedən yazı ilə bağlı məlumatı bizə İraqda həbs olunan 1998-ci il təvəllüdlü gənc Fətullayev Hüseyn İltimas oğlunun yaxın qohumu verib. Bu xəbər yayıldıqdan sonra onun atası ilə əlaqə saxlamışdıq. Həmçinin bu məsələ ilə əlaqədar başqa saytlar da maraqlanmış, baş vermiş hadisəyə aydınlıq gətirmişlər. Xəbəri saxlanılan şəxsin atası da təsdiq edib. Daha sonra şirkətin rəhbəri Dadaşov Nurlan bizə zəng vuraraq təhdid etmişdir və tələb etmişdir ki, xəbəri silək. Biz qeyd etmişdik ki, yazını silməklə məsələni həll edə bilmərik, əksinə, problemə aydınlıq gətirmək üçün sizin də mövqeyi verə bilərik. Şirkətin rəhbəri isə bizi məhkəmə ilə hədələmişdir. İndi bunlar mənim qeydiyyatda olduğum Neftçala rayonunun məhkəməsinə müraciət ediblər. Çox maraqlıdır, məhkəmə mənsiz hazırlıq iclası da keçirib, 23.01.2019-cu il tarixinə saat 11:30-da işə baxış təyin ediblər. Hakim köməkçisi yanvarın 22-ndə axşam təxminən saat 8-9 radələri arasında zəng vurub deyir ki, sabah məhkəməndir, gəl. Dedim: "Hal-hazırda axşamdır, gecdir. Məhkəməyə gəlməyə də maddi imkanım yoxdur. Zatən hazırlıq iclasıdır, zəhmət olmasa, təxirə salın". Hakim köməkçisi söylədi: "Hazırlıq iclası artıq olub". Soruşdum ki: "Mənim iştirakım olmadan necə hazırlıq iclası ola bilər? Bəlkə mən elə əsaslar, faktlar və vəsadətlər qaldıracağam ki, işin baxışa qoyulması rədd olunacaq?" Məhkəmə tərcübəsində bu dəfələrlə olub. Mən sabahkı məhkəmədə iştirak edə bilməyəcəyəm. Bayaq qeyd etdiyim kimi işi tezbazar yola verməkdə görünür haradansa tapşırıq alıblar. Bu, azad mediaya növbəti dəfə basqıdır. Məhkəməyə də sifarişlə müraciət olunub. Görünür, indi bu variantla təzyiq etmək istəyirlər. Bu da alınmayacaq. Sabahkı məhkəmə prosesi də mənsiz keçiriləcək, qərar isə qalıb hakim Əli Tağıyevin vicdanına".

Azerbaycanrealligi.com

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 598
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 142
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 353
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 726
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar