Hafiz Hacıyev: "Mehman Hüseynovun qardaşım İlham Əliyevə müraciətini yüksək qiymətləndirirəm, yaxın vaxtlarda azalığa çıxacaq"

22, 01, 19
08:54

Hafiz Hacıyev: "Mehman Hüseynovun qardaşım İlham Əliyevə müraciətini yüksək qiymətləndirirəm, yaxın vaxtlarda azalığa çıxacaq"


Azerbaycanrealliği.com saytı Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə yaradaraq 20 yanvar 2019-cu il tarixində bloger Mehman Hüseynovun  prezidentə ünvanlanmış və geniş rezonans doğurmuş müraciəti ilə bağlı onun münasibətini öyrənib. Sədr bildirmişdir: "Mən bunu müsbət qiymətləndirirəm. Mənim tərəfimdən cənab prezident, qardaşım İlham Əliyevə mətbuat vasitəsilə müraciət olubdur ki, Mehmana görə müxalifətə, xüsusən də Kərimov Əliyə bu qədər fakt verməyə dəyməz. Ona görə də, düşünürəm ki, Mehman yaxın günlərdə azadlığa çıxacaq, öz vaxtı çatanda, mart ayında. Ona qarşı qaldırılmış qondarma cinayət işi ləğv ediləcəkdir. Bilirsiniz ki, mənim qardaşım, prezident İlham Əliyev humanist, millətini sevən bir insandır. Kərimov Əli və satqın Həsənov Cəmilin deməsi ilə deyil. Ölkəni idarə edən rəhbər hər halda humanist bir insandır. Gördünüz ki, hakimiyyətin daxilində bəzi maliyyə dəstəyi verən müəyyən adamlar var, guya ki, Kərimov Əlidən müxalifət yaradırlar. Göstərilən bu cəhdlər hamısı mənasızdır, bu, xalqa qarşı Kərimov Əlinin növbəti xəyanəti idi. O, xaricdən maliyyələşir, Azərbaycan hakimiyyətinin içində olan İntiqam Əliyev tərəfindən, mənim əziz qardaşım prezident İlham Əliyevi sevməyən qüvvələr tərəfindən maliyyələşir. Onlar çalışırlar ki, ölkədə korrupsiya, haqsızlıq, ədalətsizlik yaddan çıxsın, prezidentin başını qatsınlar. Bunu da Kərimov Əlinin vasitəsilə edirlər, millətin başını qatırlar. Düşünürəm ki, yaxın günlərdə Mehman Hüseynov azadlığa buraxılacaq və Mehmanın cənab prezidentə, əziz qardaşıma yazdığı ərizəni mən yüksək qiymətləndirirəm. Və mən bildiyimə görə, yaxın günlərdə Mehman öz vaxtı qurtaran kimi azadlığa çıxacaq".

Azerbaycanrealliği.com

Bizimlə əlaqə saxlayın