“Mehmana dəstək üçün aclıq aksiyasına başlamamışam” eyni zamanda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanlan məhkumlardan aclıq aksıyası keçirən yoxdu

15, 01, 19
09:58

“Mehmana dəstək üçün aclıq aksiyasına başlamamışam” eyni zamanda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanlan məhkumlardan aclıq aksıyası keçirən yoxdu

âMehmana dÉstÉk üçün aclıq aksiyasına baÅlamamıÅamâ
Azerbaycanrealligi.com xəbər verir ki, Məhkum Fikrət Fəraməzoğlu mediaya müraciət edib. "Qafqazinfo"ya F.Fəraməzoğlunun əllə yazdığı müraciət daxil olub. Müraciətdə qeyd olunur:

“Hörmətli media nümayəndələri!


Sosial şəbəkələrdə mənim adımdan Mehman Hüseynova dəstək olmaq məqsədi ilə aclıq aksiyasına başladığım barədə məlumat yayılıb. Nəzərinizə çatdırım ki, mən heç bir aclıq aksiyasına başlamamışam. Hal-hazırda qida qəbul edirəm, saxlanılma şəraitimdən və qidalanmadan narazılığım yoxdur. Ona görə də, hər kəsdən xahiş edirəm ki, mənim adımdan gələcəkdə hər hansı məlumatlar yayan zaman mənimlə və ya mənim vəkillərimdən dəqiqləşdirilmə aparılısın.

Onu da diqqətinizə çatdırım ki, hal-hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Hal-hazırda aclıq aksiyası keçirmirəm, eyni zamanda, bu müəssisədə saxlanılan məhkumlardan da aclıq aksiyası keçirən yoxdur”. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın