Hafiz Hacıyev: "Bu baş vermiş hadisə utanc gətirən hadisədir. Mən ona görə də, bir partiya sədri olaraq qəti şəkildə Mehman Hüseynovun azad olunmasını tələb edirəm."

06, 01, 19
20:44

Hafiz Hacıyev: "Bu baş vermiş hadisə utanc gətirən hadisədir. Mən ona görə də, bir partiya sədri olaraq qəti şəkildə Mehman Hüseynovun azad olunmasını tələb edirəm."


Həbsdən çıxmağına 2 ay qalmış həbsxana nəzarətçisinə qarşı zor tətbiqetmə cinayəti üzrə cinayət məcəlləsinin 315.2 maddəsi ilə barəsində ittiham irəli sürülmüş tanınmış bloger Mehman Hüseynov ətrafında baş verən bu olaya etirazlar bitib-dükənmək bimir. Bloger isə artıq 1 saylı Kürdaxanı istintaq təcridxanasına köçürülüb. Elə həmin vaxtdan aclıq aksiyasına başlayıb. Ona dəstək olaraq azadlıqda olan bir neçə fəal da artıq Musavat qərargahında aclıq aksiyasına başlayıblar. Siyasətçilərin, jurnalistlərin, partiya sədrlərinin müxtəlif cür etirazları davam edir. Mehman Hüseynov haqqında baş vermiş hadisələrlə bağlı Azerbaycanrealligi.com  Müasir Musavat partiyasının sədri Hafiz Hacıyevin mövqeyini öyrənib. Hafiz Hacıyevin bu məsələ ilə bağlı münasibətini olduğu kimi təqdim edirik:

"Açığı deyim, mən baş vermiş bu hadisəyə çox mənfi münasibət bildirirəm. Ona görə ki, buna ehtiyac yoxdur. Dünyanın bəzi qüvvələrinin Azərbaycanın üstünə qaldırmağa ehtiyac yox idi. Görünür, Azərbaycan hakimiyyətinin içində bəzi qüvvələr var ki, istəyirlər, prezidenti xarici qüvvələrin rəhbərliyinin yanında nüfuzdan salsınlar. Bu, hakimiyyətin içində olan bəzi qruplaşmaların işidir. Ona görə də, mən hesab edirəm,  bu məsələdən cənab prezidentin xəbəri yoxdur, xəbəri olan kimi ciddi addımlar atacaq. Mehman Hüseynov nə edib ki? Mehman Səlim Müslümov kimi avara bir məmurun villalarını çəkərək xalqa göstərib, bu da cinayət deyil. Bu cür məsələlərdə mənim mövqeyim hər zaman birmənalı olub. O vaxtı Leyla Yunus da həbs olunanda etirazımı bildirdim, hakimiyyət daxilindəki müəyyən qüvvələr mənim üstümə gəldilər. Dedilər, Hafiz Hacıyev düz danışmır. Sonu nə oldu? Azərbaycan dünyada qınaq obyektinə tuş gəlmişdi. Leyla xanımı azad etdilər, hər şey bitdi-getdi. Və yaxud da,

İlqar Məmmədovu həbs etmişdilər, dunya, Avropa Şurası qarışmışdı bir-birinə. Azad etdilər, nə oldu? İlqar çıxdı. İndi adi bir jurnalist səviyyəsində olan bir insandır. Mən bir partiya sədri olaraq Mehman Hüseynovun da azad olunmasını tələb edirəm. İndi mən müəyyən işlərlə bağlı uzaqdayam, bir neçə günə mən çalışacam Mehmanla bağlı bəzi qüvvələrlə danışıqlar aparam. Onun həbsini lüzumsüz hesab edirəm. Düşünəm ki, ziyanın yarısından qayıtmaq da yaxşıdır. Düşünürəm ki, Mehman Hüseynova qaldırılmış o ittiham da qondarmadır. Ona görə də, bu ittiham ləğv olunub. Mehman tezliklə azadlığa çıxmalıdır. Bu cür hadisəyə ehtiyac yoxdur, dövlət başçısının gördüyü bu qədər işlərə, humanist addımlara kölgə salmaq nəyə lazımdır? Hakimiyyət daxilində olan qüvvələrə də demək istəyirəm, bəsdirin, ayıb olsun, siz bu qədər dövlər başçısına xəyanət edirsiz. Mehman Hüseynov nə edəsidir ki, onu şərlətdirirsiz".

Hafiz Hacıyev sonda: "Hakimiyyətın içində qruplaşma varmı?" - sualını da cavablandırıb. O bildirib ki: "Bəli, qruplaşmalar var, həmin qruplaşmalar da bu gün imkan vermir ki, prezident müəyyən demokratik addımlar atsın. Bu şəxslər həmişə istəyiblər ki, prezident dünya, Avropa qarşısında gözükölgəli qalsın, baş qarışsın, bunların öz aralarında olan korrupsiya, rüşvətxorluq da yaddan çıxsın. Bu baş vermiş hadisə utanc gətirən hadisədir. Mən ona görə də, bir partiya sədri olaraq qəti şəkildə Mehman Hüseynovun azad olunmasını tələb edirəm. Hakimiyyət içindəki qruplaşmalar da, bu məsələdə özlərində cəsarət, iradə tapıb çəkilsinlər kənara. Mən bunu istəyirəm. Əks halda, bunları ifşa edəcəm. Ona görə, ifşa edəcəm ki, bunlar dövlət başçısına xəyanət edirlər. Ehtiyac varmı, bu gün Amerika konqresinin senatoru bu məsələyə qarışır. Bu nə boyda işdir ki, konqres bundan danışır. Onlar bu gün bizə Dağlıq Qarabağ məsələsini müzakirə etmək əvəzinə, Mehman Hüseynov məsələsini müzakirə edilər. Mehmanın cəzası bitib, buraxsınlar getsin. Yüzlərlə, minlərlə jurnalist tutulub, buraxılıb. Mehman da onlardan biri. Ona görə də, bu addımı kimlər atıbsa, prezidentə qarşı xəyanət etmiş olub".

Hazırladı: Dəyanət Babayev - əlaqə nömrəsi (055) 8288841

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın