İctimai Vəkil MTN-in Zərər Vurduğu İş Adamı İlə Bağlı Prezidentə Müraciət Etdi

02, 01, 19
20:23

İctimai Vəkil MTN-in Zərər Vurduğu İş Adamı İlə Bağlı Prezidentə Müraciət Etdi



Azerbaycanrealligi.com xəbər verir ki, iş adamı Ülviyyə Abdalovanın hüquqlarını müdafiə edən ictimai vəkil Samir Zeynalovun müdafiə etdiyi şəxsin milyonlarla pulu MTN tərəfindən dələduzluq yolu ilə mənimsənilmişdir.  Vəkil Samir Zeynalov xanımın düşdüyü problem haqqında prezident İlham Əliyevə müraciət edib. Müraciətin tam mətni diqqətinizə çatdırırıq.

MTN-in Cinayətkar Fəaliyyətinin Qurbanı Olan İş Adamı Ülviyyə Abdalova Həmçinin Müxtəlif Şəxslər Tərəfindən də Külli Miqdarda Dələduzluq Faktlarına Məruz Qalıb. 

İctimai Vəkil, səlahiyyətli nümayəndə  Samir Zeynalov 

Ölkə Başçısı Cənab İlham Əliyevin və İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, nümayəndəsi olduğum şəxs Abdalova Ülviyyə İlyas qızı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin cinayətkar fəaliyyətinin qurbanına çevrildikdən sonra müxtəlif vəzifəli şəxslər tərəfindən  bu günə qədər himayə edilən və cinayət təqibindən kənarda qalan müxtəlif şəxslərin dələduz əməlləri ilə də üzləşməyə məhkum olub. 

Qafarov Məhəmməd Elman oğlunun Cinayət Əməlləri Haqqında: 

Bildirmək istəyirəm ki, mətbuatda Ülviyyə Abdalova haqqında diqqətlərə çatdırılmış sosial evlərin satışı ilə bağlı vətəndaşların aldadılması faktı və məhz buna görə Ülviyyə Abdalovanın məsuliyyətə cəlb edilməsi məlumatı tamamilə gerçəkliyə ziddir. Belə ki, sözü gedən məsələdə əsasən təqsirkar və baiskar şəxs  Qafarov Məhəmməd Elman  oğludur. İş adamı Ülviyyə Abdalovanın özü məhz Qafarov Məhəmməd Elman Oğlunun mənəviyyata və hüquqa zidd əməllərinin qurbanı olaraq külli miqdarda ona məxsus olan daşınar və daşınmaz əmlakın itkisi zərərinə məruz qalıb. Özünü iş adamı kimi tanıdan Qafarov Məhəmməd Elman oğlu xanım Abdalova ilə tanış olduğu müddətən etibarən onu və xanım Abdalovanın şəriki olan türk iş adamı Yavuz Yağcını aldadaraq onların birgə əmlakını ələ keçirmək niyyətində olub. 

Xanım Abdalovaya külli miqdarda ziyan vurmağa müvəffəq və təşəbbüskar olmuş Qafarov Məhəmməd Elman oğlu ilk dəfə tanışları Məmmədov Oqtay Xasay oğlu, Asif və Emin adlı şəxslərlə birgə  Ülviyyə Abdalovaya məxsus dəyəri 1 milyon dəyərində olan hamam akssesuarlarını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tikintiyə Nəzarət İdarəsinə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə satmağı və nəticədə satışdan əldə edilən pulları xanım Abdalovanın bank hesabına köçürüləcəyi vədini vermiş, lakin vədinə nəticədə xilaf çıxmışdır. Mənəviyyatsızlığından usanmaq bilməyən Qafarov Məhəmməd Elman oğlu paralel olaraq iş adamı Abdalovanın müxtəlif ünvanlarda yerləşən daşınmaz əmlaklarını da onu aldatmaq yolu ilə ələ keçirməyə nail olmuşdur. Hazırda həmin əmlaklar “tap.az” portalında satışa çıxarılıb. Nəticə etibarı ilə Qafarov Məhəmməd Elman oğlu iş adamı Abdalovaya 10 milyon manatdan çox ziyan vurmağa müyəssər olmuşdur.

Dələduz Qafarov Məhəmməd Elman oğlunun qardaşı Qafarov Fərahim Elman oğlu iş adamı Ülviyyə Abdalovaya qarşı hədə-qorxu gəlir: 


Bütün bu fiksal mənəviyyatsızlıqlar azmış kimi dələduz Qafarov Məhəmməd Elman oğlunun qardaşı, əvvəllər qəsdən adam  öldürməyə görə məhkum olunmuş  Qafarov Fərahim Elman oğlu tərəfindən xanım Abdalova təhqirlərə, ölümlə hədələmələrə məruz qalmış və bu günə qədər də bu iyrənc, qorxu dolu anlar öz qüvvəsini qoruyub saxlayır.  Belə ki, 28.12.2018-ci il tarixdə Fərahim Qafarov əvvəlcə xanım Abdalovanın yaşadığın mənzil qapısının qarşısına “ölmüş siçan cəsədi atmış”, telefonla əlaqə saxlayaraq onun övladını oğurlayacağını bildirmiş, daha sonra günorta saatlarında Azərbaycan Milli Dram Teatırının yaxınlığında  azyaşlı övladının gözü qarşısında xanım Abdalovanın üzərinə hücüm çəkərək onu təhqir etmiş və  barmağına xəsarət yetirmişdir. Qeyd edilən sonuncu özbaşınalıq faktlarının səbəbi isə xanım Abdalovanın  ona qarşı dələduzluq aktlarına yol vermiş  Qafarov Məhəmməd Elman oğlu barəsində Səbail Rayon Prokurorluğuna  şikayət ərizələri ilə müraciət etməsinə dayanır. 

İş Adamı Ülviyyə Abdalova

Onu da qeyd edim ki, Məhəmməd Qafarovun qardaşı Fərahim Qafarov xanım Abdalovaya ünvanladığı təhdid xarakterli mesajlarında Baş Prokurorunun müavinləri Rüstəm Usubovun və Kamran Əliyevin adlarını unutmasını, ümumi olaraq bu barədə haqlı tələbinə son qoymağı  ona məsləhət görmüş, qeyd edilənlərə əməl edilməyəcəyi  təqdirdə onu öldürəcəyini aşkar şəkildə  bildirmişdir.

İş adamı Qafarov Məhəmməd Elman oğlunun cinayətkar təmayüllü, mənəviyyatsız əməlləri barədə Səbail Rayon Prokurorluğuna cinayət təqibi ilə bağlı şikayət ərizələri ilə müraciətlər edilməsinə baxmayaraq 4 ay 13 gündür ki, heç bir araşdırma xarakterli işlər aparılmır.

İş adamı Ülviyyə Abdalova ilə birgə zərərə uğramış türk iş adamı Yavuz Yağcı Azərbaycandan Deport Edilmişdir; 

Qeyd edilənlərə əsasən bildirmək istəyirəm ki, adı sosial evlərin satışı ilə bağlı dələduzluq faktlarında hallanan iş adamı xanım Ülviyyə Abdalova  tamamilə təqsirsizdir və onun təqsirkar olmasına əsas səbəb məhz cinayətkar şəxsləri himayə edən Baş Prokurorun müavinləri Rüstəm Usubov və Kamran Əliyevin dözülməz əməlləri  haqqında publikya və ölkə başçısına geniş sürətdə məlumatların verilməsidir. Xüsusi olaraq onu da qeyd edim ki, xanım Abdalovanın şəriki olan türk iş adamı Yavuz Yağcı özünündə qeyd etdiyinə görə  məhz Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin təzyiqləri nəticəsində ölkədən deport edilmiş və ona dəyən zərər nəticə etibarı ilə fiksasiya edilməmişdir. 

İctimai Vəkil Samir Zeynalov. 

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın