Bu gecə saat 2-yə qədər Bakı metrosuna giriş açıq olacaq

31, 12, 18
10:40

Bu gecə saat 2-yə qədər Bakı metrosuna giriş açıq olacaq


Bayramla əlaqədar bu gün “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışır.
Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub. Bundan savayı, paytaxtda keçirilən kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, bu gecə saat 2-yə qədər metroya giriş açıq olacaq.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın