Vərəm xəstəliyindən əziyyət çəkən gənc yazıçı Mübariz Məsimova müraciət etdi: "Hazırda səhhətimdə ciddi problemlər var. Müalicə olunmağa imkanım yoxdur"

28, 12, 18
20:20

Vərəm xəstəliyindən əziyyət çəkən gənc yazıçı Mübariz Məsimova müraciət etdi: "Hazırda səhhətimdə ciddi problemlər var. Müalicə olunmağa imkanım yoxdur"

Elşad Barat imzası ilə tanınan gənc yazıçı "Palmalı" şirkətlər qrupunun prezidenti Mübariz Məsimova Azerbaycanrealligi.com xəbər saytı vasitəsi ilə açıq müraciət edib. Sözügedən müraciəti oxucuların və media təmsilçilərimizin diqqətinə çatdırırıq. Onu da qeyd edək ki, yazıçı vərəm xəstəliyindən əziyyət çəkir.

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Məsimova

Yazıçı Elşad Barat tərəfindən

     MURACİƏT

Hörmətli Mübariz bəy!

Mən Cəlilabad rayonunun ucqar bir kəndində çoxuşaqlı ailədə doğulmuşam. Min bir əziyyətlə universitet (BDU-fizika, bakalavr, NDU-astrofizika, magistr) bitirmişəm. Mühəndis, elmi işçi, müəllim vəzifələrində çalışmışam. Hazırda işsizəm. Üç uşaqla kirayədə yaşayıram. Bunları yazmaqla ümumi vəziyyətə güzgü tutmaq istəyirəm. Həmçinin, 5 kitab müəllifiyəm. Şeirlərim dəfələrlə müsabiqələr qalibi olub, hekayələrim isə Səməd Behrəngi, Mir Cəlal və Nəsimi adına beynəlxalq müsabiqələrdə məni qalib edib. AYB-nin və AJB-nin üzvü, Axın İctimai Birliyinin sədriyəm. 2013-də Prezident təqaüdünə laiq görülmüşəm. Hazırda səhhətimdə ciddi problemlər var. Müalicə olunmağa imkanım yoxdur. Sizdən ona görə kömək istəyirəm ki, siz həmişə gənclərə dəstək olmuş, milli qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün xeyli işlər görmüş, yazıçı, şair, jurnalist, ümumiyyətlə, Azərbaycan ziyalısından diqqət və qayğınızı əsirgəməmisiz. Bu yaxında cümhuriyyət qurucusu M.Ə. Rəsulzadə haqqında verdiyiniz qərarı mətbuatdan oxuyanda qürur hissi keçirdim. Bu kimi mənəvi ölçüsü sonsuz olan addımlarınıza görə biz gənc yazarlar sizinlə fəxr edirik. Tanrı sizi qorusun.

Sayqılarla: Elşad Barat - Əlaqə nömrəsi 0504475248

Azerbaycanrealligi.com 


Bizimlə əlaqə saxlayın