Hüquq müdafiyəçisi Taleh Xasməmmədov yoxa çıxıb

28, 12, 18
10:19

Hüquq müdafiyəçisi Taleh Xasməmmədov yoxa çıxıb


Siyasi Məhbusların Müdafiə Mərkəzinin rəhbər heyyətindən bir hüquq müdafiyəçisi, keçmiş vicdan məhbusu Taleh Xasməmmədov yoxa çıxıb. Bu haqda məlumatı Azerbaycanrealligi.com-a onun həyat yoldaşı Fatimə Mövsum verib. Onun sözlərinə görə həyat yoldaşına dünən saat 14:00 dan bu vaxta kimi zəng çatmır. Maşını həyətə qoydu bir neçə dəqiqəyə gələcəyin deyib evdən çıxdı. indiyə kimi ondan bir xəbər ala bilmirik. Telefonuna zəng çatmır. Daha sonra telefonuna zəng çatsada telefonu söndürdülər. Xatırladım ki, Taleh Xasməmmədov sonuncu dəfə GRPŞ saxlandığı vaxtda  telefonuna əl qoyulmuşdu və  telfona bir neçə dəfə zəng çatsada adboy edib teli söndürmüşdülər. Bu səbəbdən çox narahatam. Gecə saatlarında whats-app-ı aktiv olub və heç bir dostuna, tanışına cavab verməyib. Bu vaxta kimi belə olmayıb Taleh hara gedibsə 2 saatan sonra ən azı harada olması haqda evə məlumat verib, deyə o, bildirib. Qeyd edək   ki,Taleh Xasməmmədov son vaxtlar mediya və sosial şəbəkədə məmurları ən sərt tənqid edən hüquq müdafiyəçilərindən biri olub.

Sözü gedən hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın