Şəhid bacısı ölkə başçısı İlham Əliyev və digər məmurlara müraciət etdi: "Sizə böyük ümidlə sığınıram".

26, 12, 18
11:10

Şəhid bacısı ölkə başçısı İlham Əliyev və digər məmurlara müraciət etdi: "Sizə böyük ümidlə sığınıram".


Azerbaycanrealligi.com xəbər verir ki, Xocalı rayon Cəmilli kənd sakini, hal-hazırda, Bərdə rayonu Yeni qəsəbə, bina 1, mənzil 21-də məskunlaşan, üçüncü qrup Qarabag əlili, şəhid bacısı Cavadova Telyana Ədil qızı ölkə başçısı İlham Əliyevə, hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova və digər məmurlara müraciət edərək pozulmuş hüququnun bərpası istiqamətində ona kömək etmələrini xahiş edib. Sözügedən açıq müraciəti oxucularımıza və geniş ictimaiyyət nümayəndələrinə, kütləvi informasiya vasitələrinə təqdim edirik.


Azərbaycan Respublikasının Prezidenti 
Cənab İlham Əliyevə.


Surəti: Prezdentin Hüquq Muhafizə Orqanları ilə iş və Hərbi 
Məsələləri üzrə köməkçisi Cənab Fuad Ələsgərova.


Surəti: Azərbaycan Resbubilkasının Baş Prokuroru
Cənab Zakir Qaralova,


Surəti: Daxili İşlər Naziri Cənab Ramil Usubova,

Surəti: Milli Məclisin üzvü Cənab Elman Məmmədova,

Surəti: Azərbaycan Respublikası İnsan Hüquqları üzrə 

Müvəkkil Xanım Elmira Suleymanovaya,

Xocalı rayon Cəmilli kənd sakini, hal hazirda Berdə rayonu 
yeni qəsəbə bina 1 mənzil 21 məskunlaşan, 
ikinci qrup Qarabag Əlili, şəhid bacısı 
Cavadova Telyana Ədil Qizi tərəfindən


ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezdent!

İki rayon Cəlilabad və Lənkaran rayon prokurorlarının ailəmizə etdiyi haqsızlıqdan, və mənəvi terrordan sizə böyük umüdlə sıgınıram, Bir Xocalı rayonu qacqın ailesinə qarşı edilən bu özbaşınalıga sizə etdiyim müraciətdən sonra son verləcəyinə inanıram və əminəm ki, bu vətən ugrunda saglamlıgını itrən, düşmən gülləsi ilə deyil Cəlilabad rayon prokuroru Taryel Ələkbərovun təzyiqləri, hədələri və haqsızlığından sarsılaraq yataq xəstəsinə çevrilib dünyasını dəyişən, Qarabag əlili müharibə veteranı olan həyat yoldaşımın haqqını yerdə qoymayacaqsız. Cənab Prezident, bildiriş ucun qeyd edim ki, 9 övlad anasıyam, Altı oglum bu vətənə olan borcunu qisməndə olsa ödəyib və zərurət yarandığı təqdirdə bu Vətənə hər birini qurban vərməyə hazıram, Amma Bizə qarşı baş verən haqsızlıq bu vətəni bizə dar edib, Balaca oglumun mağazasında kassir kimi išləyən kecmiş qaynatası Quliyev Ilqar Məhərrəm oglu öz ailə uzvləri ilə əlbir olaraq oglumun nisyə şəklində gətirib işlətdiyi geyim əşyaları mağazasından 8 ay müddətində 48 min manatdan cox pul və malı mütəşəkkil şəkildə muxtəlif istiqamətə aparmış, pulu isə bank üzərindən Cəlilabad ve Tərtər istiqamətinə göndərmişdir,

Oğlumun kecmiş həyat yoldaşı Ülviyyə Quliyeva, anası Nuridə, bacıları Jalə, Ləman, və atası Ilqar Quliyevlə əlbir olaraq mağazadan mütəmadi pul və mal oğurladığı təkzib olunmaz faktlarla subut olunub, oğlumun kecmiş həyat yoldası, anası və bacıları ilə oğurluğu necə etdiklərini və izi itirmək üçün məsləhət aldıgı telefon danışıgı öz telefonlarının səs yazma "recort" proqramına qeyd olunun (səs yazısın disk şəklində işə əlavə olunub) və bu səs oğlumun əlinə kecib. Bu təkzib olunmaz fakt bizi vadar etdi ki, hüquq mühafizə orqanlarına müraciət edək, və belədə oldu, 2016 cı ilin dekabr ayında Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdik və Cəlilabad rayon polis idarəsinin təhqiqatcısı Vidadi Əhədov qarşı tərəfi dindirdi, Bu dindirilmə zamanı kassir işləyən Ilqar Quliyev həbs olunmadan çöldən çölə ilkin arasdırmada mağazadan üç- dörd min oğurladıgını etiraf etdi. Polis bu ilkin nəticə barədə bizi bilgiləndirdi. Polislə aramızda baş tutan telefon danşıgımiz oglum tərəfindən qeydə alındı (polislə baş tutan telefon danşıgın disk şəklində müraciətə əlavə edirəm), polis dəfələrlə və isrərlı şəkildə qeyd edir ki, İlqar oğurluq elədiyini etiraf edib, hətta mən ona dedim ki, əgər camaatdan oğurladığın pulu qaytarmasan arvadında, qızlarında, özündə həbs olunacaqsan. “Bütün bu danışıqların səs yazısını disk şəklində müraciətimə əlavə edirəm”. On gün təhqiqatdan sonra išin araşdırılmasi Cəlilabad rayon prokurorluğuna göndərildiyini öyrəndik, Cəlilabad rayon prokurorluğunun müstəndiqi Nurlan Rahmanov işə ilk araşdırmaya oğurluğu boynuna alan Ilqar Quliyevin səmimi etraf ifadəsini dəyişməsi olub ki, bunun nəticəsində bir anda Oğurluq edən oldu suçsuz bir adam. Cəmi 22 gün sürən araşdırma 19 yanvar 2017 ci ildə sonlandı, Cinayət işinin başlanması rədd edildi, O zaman mərhum yoldasıim sizə və digər dövlət orqanlarına olan müraciətindən sonra məcbur qalaraq Cəlilabad rayon prokuroru Taryel Ələkbərov 23 Fevral 2017 ci il Tarixində həmin qərarı ləgv edərək arasdırılmanın davam etdirilməsini baş stajor Zöhrab Ədalət oğlu Verdiyeva həvalə etmişdir. Bu qərardan sonra hec bir istintaq hərəkati aparılmamış, süründürməçilik edilmiş, və iki dəfə müxtəlif vaxtlarda toplam uc dəfə cıxarılan qərar ləğv edilmiş, və iki dəfə eyni müstəntiq Zöhrab Verdiyev bir dəfə isə Nurlan Rahmanov cinayət işinin başlanmasını rədd etmişdir, Hansı ki, ortada təkzib olunmaz fakt ve dəlillər olmasına baxmayaraq araşdırma duzgun aparılmamış, əslən Cəlilabaddan olan şahidlərə təzyiq olunmuş ve ifadələri dəyişdirilmişdir, Heç bir vəsadətimiz və tələbimiz tutarlı əsas gətrilmədən təmin edilməmişdir. Məsələn Aydın adli taksi sürücüsü qeyd edir ki, Ilqar Quliyev Tərtər Istiqamətinə pulu Kapital Bankla köçürürmüşdür. Biz isə vəsadətlə müraciət edib Kapital banka sorğu göndərilməsini xahiş etsək də şəxsən Celilabad rayon Prokuroru Taryel Ələkbərov " bank sirridir" deyib buna etraz etdi, Mərhum həyat yoldaşıma "siz yalan danşırsınız bu ailə oğru deyil "dedi ve əlimizdə olan təkzib olunmaz faktı ortaya qoyanda " bu qanunsuz yazilib" deyərək oğrulara vekillik edən prokurorun hərəkətləri yoldaşımı sarsıtdı və yoldaşım müvazinətini itirib yıxld. 7- 8 ay xəstə yatan yoldaşım 16,11 2017- ci ildə haqqın dərgahına qovuşdu. 

Cənab Prezident!

Cəlilabadda qarşılaşdıgımız haqsızlıqla baglı sizə ve digər aidiyyatı qurumlara müraciət etdikdən sonra Baş Prokurorun ədalətli araşdırmasından sonra Cəlilabad rayon prokurorluğunun üç dəfə araşdırıb və rədd etdiyi qərar ləgv olunaraq işin yenidən araşdırılması 29,12 2017 ci ildə Lənkaran rayon prokurorluğuna həvalə olundu, 10 ay Istintaq adı altında materiallar orada saxlanılsada heç bir araşdırmanın aparılmadigının şahidi olduq, Bir dəfə öz təşəbbüsümüz ilə Lənkəran Prokurorluğunda olduq, Əlavə heç bir araşdırma aparılmadı, Yenə vəsadətlərimiz təmin olunmadı. Oğurluğu əhatə edən aylarda mütəşəkkil dəstənin Kapital Bankda etdiyi bank köçürmələrinin cıxarılmasını qaldırsaqda Lənkəran rayon prokuroru Elcin Məmmədov qeyd etdi ki, "müraciət etdik Kapital Bank QSC-i bank sirri olduğundan bizim bu müraciətimizə müsbət cavab verilmədi, Təbi ki, bu deylənlər sadəcə yalan idi və Cəlilabad prokuroru Taryel Ələkbərovla dost olan Lənkəran Prokuroru dövlət qanunu yox dostu Taryelin qərarını müdafiə etdi. 

Cənab Prezident!

Lənkəran rayon Prokurorluğunda bu işin arasdırılması 10 ay müddətində üç fərqli müstəntiqə həvalə olundu. Bizim onlardan ikisi ilə təmasımız olsada, cinayət išinin başlanmasının rədd edilməsi barədə qərar verən müstəntiq Orxan Dušdurovla hec bir əməkdaşlıgımız olmadi, Sanki işi arasdıran müstəntiqi bizdən gizlədirdilər, Bu müstəntiqlə təmas qurmaq sadəcə mümkünsüz idi. Lənkəranda işin arasdırılmadıgını sadəcə Cəlilabadda olan qərarın tarixini dəyişib bizə təqdim olunmasını isbatlayan səs yazısı əlavə olnacaq müraciətə, orda sadəcə süründürməçilik var idi, Təsəvvür edin ki, işi birinci araşdıran müstəntiq Təbriz Məmmədov oğluma deyir ki, İlqar Kapital Bankla evinə göndərdiyi 8 min pulu yerdən tapıb gondərib, Cənab Preziden huququ dövlətdə yaşasaqda bəzən bu kimi saxtakarlıqlar insanlarda narahatcılıq yaradır.
Cənab Prezident! İşin ən qəribə hissəsi burasıdır ki, oğruların öz telefonundan çıxan, oğurluqları isbatlayan səs yazısı Cəlilabad rayon Prokurorluğunda çıxarılan rədd qərarında təhrif olunaraq qeyd olunub və bu səs yazısının olduğu orada təsdiqlənıb. Lakin Lənkəran rayon Prokurorluğu çıxardığı Qərarda ümumiyyətcə bu səs yazısından bir kəlmə də olsun qeyd aparılmayıb. Bu xüsusatlar göstərir ki, Lənkəran rayon Prokurorluğunda aparılan iş natamam və qərəzlidir.

Təbriz Məmmədovlada baş tutan telefon danşıgımızın səs yazısını müraciətimə disk şəklində əlavə edirəm. Daha bir saxtakarlıgı ifşa edən fakt isə, ikinci müstəntiq Zamin Mehralıyevin yanaşması idi, Biz sual edəndə ki, bəs şahidləri niyə dəvət etmirsiz, işi niyə ədalətli araşdırmırsınız,? Müstəntiq bizə cavab verdi ki, bu iş əvvəl Cəlilabadda araşıdırılıb, bunu araşdırmaga nə gərək var? Bu danışıgıda müraciətə disk şəklində əlavə edəcəm. Baxın Respubilka Prokurorlugunun qərarına bir rayonun müstəndiqinin etdiyi sayğısızlıq, təəccüb və təəssüf dogurmaya bilməz. Cənab Prezdent, mən İlahi ədalətə inanıram, Hüquqi dövlətimin qanunlarına, və onun Ali Baş Komandanına ınanıram, Yaşlı bir ana kimi Sizdən xahiş edirəm bu işi öz nəzarətinizə götürüb, işin yenidən obyektiv araşdırılmasına, və araşdırmanın Baki ətrafı rayonlardan birinə həvalə olunmasına göstəriş verəsiniz.
Qoşma: 

1.Şəxsiyyət vəsiqəsinin surəti, 
2.Cəlilabad rayon Prokurorluğunun 28 iyul 2017-ci iltarixli qərarın surəti, 
3.Lənkəran rayon Prokurorluğunun 23 oktyabr 2018- ci il tarixli qərarın surəti
İmza: Cavadova Telyana Ədil qızı
Telef: (050) 987 32 74


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın