Bakıda yüksək vəzifəli şəxs narkotik çəkib arvadını binanın 5-ci mərtəbəsindən atıb.

11, 12, 18
11:39

Bakıda yüksək vəzifəli şəxs narkotik çəkib arvadını binanın 5-ci mərtəbəsindən atıb.


Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Azerbaycanrealligi.com Publika.az-a isitnadən ​​​xəbər verir ki, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də əri tərəfindən 5-ci mərtəbədən atılaraq öldürülən Taxveli Adelya Azər qızı “Atəşgah Sığorta” şirkətinin vəzifəli əməkdaşlarından olub. O, həm də Azərbaycan Sığortaçılar Asosasiyasının Qeyri-həyat komitəsinin üzvü olub.

Hadisəni törədən Taxveli Ramiz Pərviz oğlu isə “Buta Palace”nin art direktorudur. O, daha əvvəl bir sıra tanınmış şirkətlərdə yüksək vəzifələrdə çalışıb. Həmçinin İqtisad Universitetində dərs deyib.
Qeyd edək ki, R.Taxvelinin hadisə vaxtı narkotikin təsiri altında olduğu üzə çıxıb. Bildirilir ki, narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb və həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və R. Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın