Baş redaktor həbs təhlükəsi ilə üz-üzə. Ona qarşı ittihamın dəyişdiyi bildirilir.


Anar Məmmədov

Yaxın günlərdə Anar Məmmədov və Mustafa Hacıbəyli barəsindəki istintaq yekunlaşa bilər
“Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov dekabrın 6-da Bakı Şəhər Prokurorluğunda müstıntiq Cavid Abbasov tərəfindən dindirilib.
Prokurorluqdakı mınbələrin Meydan TV-yə verdiyi məlumata görə, Anar Məmmədova qarşı ittihamların məzmunu dəyişdirilib, ittihamdan bir qrup şəxsin ifadəsi çıxarılıb.

“İstintaq Anar Məmmədovun Avropa Məhkəməsinin müvafiq qərarları ilə müqayisəli şəkildə linqvistik ekspertiza keçirməklə bağlı vəsatətini təmin etməyib”, – deyə mənbə vurğulayıb.
Azerbaycanrealligi.com Bildirilir ki, “Turan” İnformasiya Agentliyində 4 iyul 2018-ci ildə yayılmış analtik məqalə ilə əlaqədar ayrıca cinayət təqibi başlanılıb.
Eyni zamanda, yaxın günlərdə jurnalist Anar Məmmədov və Mustafa Hacıbəyli barəsindəki istintaqın yekunlaşacağı bildirilir.
İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Elmar Vəliyevə qarşı hücum iyulun 3-də baş verib.
“Criminalaz.com” saytı məhkəmə qərarı olmadan bloklanıb.
“Bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli 30 noyabrda şahid qismində keçdiyi cinayət işi ilə əlaqədar Bakı Şəhər Prokurorluğuna çağırılıb. Lakin o, təqsirləndirilən şəxs statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
M.Hacıbəyli ittihamları peşə fəlaiyyəti ilə bağlayaraq özünə qarşı təzyiq hesab edir.
Anar Məmmədov isə istintaqın irəli sürdüyü ittihamı ifadə azadlığına zidd hesab edir, bunun ifadə azadlığının qanunsuz təqibinə yönəldiyini düşünür.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

  • 08 noy, 14:49
  • 245
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

  • 08 noy, 10:13
  • 1 078
Amaliya Pənahova vəfat etdi
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

  • 03 noy, 09:46
  • 352
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

  • 12 okt, 08:41
  • 582
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar